Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rafiq Əliyev Lütfi Zade ile hazırladığı yeni elmi nezeriyyesinden danışdı- İLK DƏFƏ

02 Kasım 2016

3:16 pm


02/11/2016 [19:13]: xeber –
Dünya çapında tanınan alim, qeyri-səlis məntiq nəzəriyyəsinin planetdə aparıcı mütəxəssislərindən olan professor Rafiq Əliyev sayt saytına açıqlamasında son zamanlardakı elmi fəaliyyətindən danışıb. Professor çağdaş dünya elminin dahilərindən hesab olunan Lütfi Zadə ilə ortaq elmi işlərinə də toxunub:“Lütfi Zadənin 96 yaşı var. Amma insanın bu yaşda beyni nə dərəcədə gözəl işləyərmiş?! Hər həftə mənə mesaj yazır- “Rafiq filan elmi iş necə oldu, filan nəzəriyyəni necə edək? Bir neçə ay bundan əvvəl mənə mesaj göndərib. Yazıb ki, əzizim Rafiq, sən “Z ədədlər” nəzəriyyəsini yaratdın, daha sonra birlikdə kitab çap etdik. İndi də “U ədədlər” nəzəriyyəsi ilə məşğul olaq. Bu nəzəriyyənin mahiyyəti odur ki, insan həyatında çox hadisələr təkrarlanır. Qərar qəbuletmə zamanı tez-tez təkrar olunan hadisələrin nəticələrini hesablamaq və ondan qeyri-səlis məntiqə uyğun daha dəqiq nəticələr çıxarmaq bu nəzəriyyənin əsas mahiyyətidir. Son olaraq Avstriyada dünyada ilk dəfə olaraq bu nəzəriyyə barəsində elmi məruzəm oldu”. Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler