Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Radikallar indi de Ceyranbatana toplaşırlar – NARAHATÇILIQ…

03 Ekim 2016

4:36 pm


03/10/2016 [20:32]: xeber –
Azərbaycanda zaman-zaman dini radikalların toplaşdığı məscidlər barədə oxucularımıza məlumatlar vermişdik. İçəri Şəhərdə yerləşən Ləzgi məscidi və Qobustan qəsəbəsində yerləşən Qobustan məscidində radikal sələfilərin toplaşmasından,  həmin məscidlərə gedən xeyli sayda gəncin daha sonra İŞİD sıralarına qoşulmasından sonra bu məscidlər qapadıldı. sayt – a radikal vəhabilərin toplaşdığı növbəti məscidlə bağlı məlumat daxil olub. Etibarlı mənbədən aldığımız məlumata görə, Qobustan və Ləzgi məscidi qapadıldıqdan sonra radikallar öz aralarında razılığa gəliblər ki, onlar bundan sonra Ceyranbatan qəsəbəsində yerləşən Ceyranbatan məscidinə yığışsınlar. Hazırda məscidə gün ərzində çoxlu sayda radikal vəhabilər gəldiyi iddia edilir. Qeyd edək ki,  məsciddə bu günə kimi əsasən yerli Ceyranbatan sakinləri gəlirdi. Hazırda isə radikal vəhabilər ibadət ocağına “ayaq açıblar”. Sakinlərsə baş verənlərdən bərk narahatdır. Belə ki, radikal vəhabilərin qrup halında toplaşdığı bütün məscidlər bu günə kimi qapadılıb. Ceyranbatan dindarları bu aqibətin nə vaxtsa onların məscidini də haqlayacağından ehtiyyat edirlər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler