Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Radarlar haqqında informasiya veren mobil telefonlar mesuliyyet doğururmu?

04 Ekim 2016

5:24 am


04/10/2016 [09:21]: xeber –
Radarların fəaliyyətinə
maneçilik törədən, cihazlardan, anti-radar sistemlərindən  istifadənin sürücülər üçün məsuliyyət
doğurduğu bəllidir. Maraqlıdır, smartfon tipli mobil telefonlarda mövcud olan və
radarlar haqqında sürücünü məlumatlandıran proqramlara görə də sürücü məsuliyyət
daşıyırmı?

sayt-a açıqlama
verən Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin
təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev
məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Mobil telefonlara
yazılan bu proqramların radarları nə dərəcədə müəyyən edib-etmədiyini dəqiq deyə
bilmərəm. Bəzi naviqasiya proqramları radarların mövcudluğunu göstərə bilər. Amma
ona görə sürücü məsuliyyətə cəlb edilə bilməz. Əgər sürücünün avtomobilində
konkret olaraq ölçü cihazlarının işinə maneçilik törədən və ya onlar üçün
hansısa formada maneçilik yaradan qurğuların, anti-radarların tətbiq edilməsi
müəyyən olunarsa, bu zaman sürücü məsuliyyət daşıyır. Cihaz müsadirə olunmaqla
sürücü 500 manatdan 800 manata qədər cərimə oluna bilər.

Elə proqramlar var ki,
onlar radarların olmasını göstərə bilər. Avropada da belə naviqasiya sistemləri
var ki, onalr radarların olmasını bildirir. Bu cihazların radarların konkret
olaraq fəaliyyət göstərib-göstərmədiyini bildirmir. Həmin cihazlar radarın nəzərdə
tutulduğunu göstərir.

Yəni radarın işləyib-işləməməsindən
asılı olmayaraq radarın olduğunu göstərir. Bu isə yol nişanlarına bərabər bir
şeydir. Yəni əgər həmin yolda radar varsa, bu işarə qeyd edilibsə, o zaman kimsə
proqrama bu barədə informasiya qeyd edə bilər. Lakin əgər sürücüyə məxsus hər
hansı bir cihaz, eləcə də telefon konkret olaraq radarın işləyib-işləmədiyini
müəyyən edirsə, o zaman bu məsələyə məhkəmədə baxıla bilər. Bildiyiniz kimi, 342.9
maddəsi, baxılma səlahiyyəti məhkəmələrə aiddir”.

 

Seymur Əliyev 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler