Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rac Kapur Reşid Behbudovun “yaşadığı” sarayı görüb heyretlendi -RUBRİKA

18 Temmuz 2016

8:32 am


18/07/2016 [12:30]: xeber –
sayt “Yada düşər xatirələr” rubrikasından növbəti yazını təqdim edir. Bu dəfəki yazıda hind kinosunun memarlarından sayılan Rac Kapur haqqında 3 maraqlı xatirə danışılacaq.Qeyd edək ki, “Avara”, “Cənab 420” və başqa filmlərlə az qala bütün dünyada tanınan Rac Kapur hind kino tarixinin ən önəmli simalarındandır. O, 1956-cı ildə Hind Filmləri Festivalında iştirak etmək üçün SSRİ Mədəniyyət Nazirliyi tərəfindən Bakıya dəvət edilmişdi. Bakıya arvadı Nərgiz Kapurla birgə gələn Rac Bakıda yaxın dostu müğənni Rəşid Behbudovla rəsmi tədbirlərdən sonra Bakının bəzi görməli yerlərini gəzib və buradakı ziyalılarla görüşüblər.Birinci xatirə: Rac 1956- cı ildə Bakıya gələndə dostu Rəşid Behbudovun evində qalmaq istəyir. Buna görə Azərbaycan MK-in rəhbərləri Azərbaycan Tarix Muzeyini bir neçə saata ev halına salaraq Rəşid Behbudovun evi kimi təqdim edirlər. Rac Kapur ev halına salınmış Azərbaycanın ən baxımlı binasına girəndə təəccüblənərək Rəşid Behbudova demişdir ki ” Dostum mən elə bilirdim ki, sənin kimi dünya şöhrətli insan saraylarda qalır, amma bizdə ən adi artistin belə evi var !İkinci xatirə: Rac Kapur Bakıya gələn vaxt Hind Filmləri Festivalı çərçivəsində öz ölkəsinin ekran məhsulları ilə bərabər, Azərbaycanın da bir kinosunu izləmək istəyir. Həmin vaxt onların qrupunda görkəmli rejissor Hüseyn Seyidzadə də yer alır. Rac Kapur da elə onun çəkdiyi “O olmasın, bu olsun” filminə baxmağı məsləhət görürlər. O, filmə baxandan sonra sözün yaxşı mənasında heyrətini gizlədə bilmir. Hüseyn Seyidzadəyə deyir ki, sən Hindistana gəl, səni milyonçu edim. Amma rejissor nədənsə, bu təklifi qəbul etmir.Üçüncü xatirə: Rəşid Behbudov 1988-ci ildə Racın xəstə yatdığını öyrənəndən sonra Bombeyə gedib. Onların görüşü Kapurların nəhəng, gözəl evində olub. Amma Rac Kapur hind qonaqpərvərliyindəki qaydalara uyğun olaraq ayağa qalxıb hörmətli qonağını qaşılaya bilməyib, çox təsirlənib. Lakin Rəşidə olan hörmətini, bu ziyarətə verdiyi dəyəri ifadə etmək üçün möhtəşəm aktyor onun əlindən öpüb”.Hazırladı: Elmin Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler