Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qusarda sahibkarlara güzeştli kredit verilib…

28 Temmuz 2016

11:36 am


28/07/2016 [15:33]: xeber –
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi, sahibkarların maarifləndirilməsi məqsədilə növbəti işgüzar forumu iyulun 28-də Qusar rayonunda keçirmişdir. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilmiş, Qusarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilmişdir. İşgüzar forum çərçivəsində Qusar rayonunun iqtisadi potensialının reallaşdırılmasında prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, intensiv bağçılıq, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, meyvə emalı və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat vermişdir ki, 2016-cı ilin ötən dövrü ərzində 1423 sahibkara 77,2 milyon manata yaxın güzəştli kredit ayrılmışdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3400-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradır. Qeyd edilmişdir ki, ümumilikdə indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 173,1 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, çörək zavodunun, iri fermer, cins heyvandarlıq, istixana, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmişdir. İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 45 sahibkara 622 min manat güzəştli kredit verilmişdir. Kreditlər əsasən, heyvandarlıq,quşçuluq, taxılçılıq, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu layihələrin reallaşdırılması hesabına 50-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Forum çərçivəsində Qusarda güzəştli kreditlərdən istifadə etməklə inşa olunmuş gündəlik 16 ton çörək istehsal etmək gücündə olan zavoda və intensiv bağçılıq təsərrüfatına baxış keçirilmişdir. Qeyd edək ki, ümumilikdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən gündəlik istehsal gücü 825 ton olan 28 çörək istehsalı müəssisəsinin təşkilinə 52,1 milyon manat, 1956 ha ərazidə 23 intensiv bağçılıq və tingçilik təsərrüfatlarının yaradılmasına 37,5 milyon güzəştli kredit verilmişdir. Mətbuat xidməti




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler