Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Quş eqrebi dimdiyinde getirib süfremize atdı…

31 Temmuz 2016
ekindex
4:04 pm


31/07/2016 [20:03]: xeber –
«Həqiqətən Səfa və Mərvə (İsmayıl peyğəmbərin anası Həcərin gəzdiyi və dua etdiyi təpələr – müəllif) Allahın əlamətləridir (ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və ümrə yolu ilə ziyarət etdikdən sonra bunları da təvaf etməkdə (ətrafına dolanmaqda) heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır, onu biləndir». “Quran”, «İnək» surəsi, 158-ci ayəAyədən göründüyü kimi müqəddəs şəxslərin – kəramət sahiblərinin yaşadıqları, ibadət etdikləri və yaxud dəfn olunduqları yerləri təvaf etməkdə, ziyarət etməkdə heç bir günah yoxdur və insana əlavə savab qazandırır.Məkkəyə getməyə, Səfa və Mərvanı ziyarət etməyə maddi imkanı olmayanlar yaşadıqları ərazidə olan kəramətli şəxslərin qəbirlərini və yaxud ibadət yerlərini ziyarət etməklə əlavə savab qazanmaqdadırlar. Belə ziyarət yerlərindən biri də Pir Hüseyn xanəgahıdır. Xanəgah Hacıqabul rayonunun Rəncbər (və Qubalı) kəndinin ərazisində, Pirsaat çayı sahilində yerləşir.Şeyx Pir Hüseyn adıyla şöhrət tapmış əl-Hüseyn bin Əli tarixi mənbələrdə əzəmətli, görkəmli pir, sufilikdə üçüncü dərəcəyə çatmış (əl-salik), müqəddəslərin görkəmlisi, ruhani işləri ilə məşğul olan, imam kimi dərəcələrlə qeyd edilmişdir ki, bu da onun dövrünün ən nüfuzlu şəxsiyyəti olduğunu göstərir.Hündür bürclü divarlarla əhatə edilmiş xanəgah kompleksinin memarlıq abidələri orta əsr əzəmətini bu gün belə, saxlamışdır. Abidələrin üzərindəki XII-XV əsrlərə aid daş kitabələr bu günə qədər qalmaqdadır. Xanəgah kompleksinə orta əsr Şirvan-Abşeron memarlığının ən nadir əsərlərindən sayılan türbə, məscid, karvansara və yardımçı tikililər daxildir.Pir Hüseyn görkəmli alim-filosof kimi Azərbaycanda elmi-fəlsəfi fikir tarixində, İslam-fəlsəfi dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. O, 954-cü ildən 1072-ci ilə qədər yaşamış öz böyük qardaşı Məhəmməd Bakuvidən 25 il sonra, qocalıq dövründə vəfat etmişdir.Xanəgahın abidələr kompleksi Pir Hüseynin məzarı ətrafında yerləşmişdir. Kompleksdə olan yazılı daşlar – kitabələr əsasında demək olar ki, xanəgah tikililərindən çoxunun əsası Şirvanşah Gərşasbın oğlu Fəribüzr və II Axıstanın oğlu II Gərşasbın vaxtında qoyulmuşdur. Vaxtilə xanəgahda tədqiqat aparmış V. A. Kraskovskaya yazırdı: «Dünyada Pir Hüseyn türbəsinin kaşı bəzəkləri ilə ancaq Məşhəddəki İmam Rza məqbərəsi rəqabət edə bilər».İran tarixçisi Vəssafın (1264-1334) verdiyi məlumata görə xanəgahın zəngin təsərrüfatı, kitabxanası, külli miqdarda dövləti, o cümlədən qızıl külçələri də olmuşdur. Məhz buna görə də xanəgah müxtəlif dövrlərdə dəfələrlə qarət edilmişdir. Pir Hüseyn məqbərəsinin al-əlvan yazılı-naxışlı kaşı bəzəkləri bu gün dünya muzeylərinin sərgilərini bəzəməkdədir. Peterburq Dövlət ermitrajında, Gürcüstan Dövlət Muzeyində, Moskvada Şərq Mədəniyyəti Muzeyində, Avropanın Luvr, Britaniya və başqa muzeylərində nümayiş etdirilir. Bir neçə ədəd əlvan kaşı parçası həmçinin, kompleksdəki məscidin gəcdən düzəldilmiş mehrabı Nizami adına Ədəbiyyat muzeyində saxlanılır. Xanəgah tikililəri söküldükdən sonra daş kitabələr Bakı muzeylərinə gətirilmiş və çoxusu itib getmişdir. Şərq baştağdan düşmüş 6 parça ərəbcə kitabədə yazıldığına görə bina Şirvanşah Fəribürz ibn Gərşasb dövründə böyük sədr Həsən ibn Məhəmmədin vəsaiti və əmri ilə 1243-44-cü ildə tikilmişdir. Xanəgahın şərq divarında Şirvanşah I Xəlilullahın adıyla əlaqədar bir kitabə olmuşdur. Bu günə ancaq fotoşəkli gəlib çatmış kitabədən məlum olur ki, I Xəlilullah zamanı da burada tikinti işləri aparılmışdır. Əbdüssəməd adlı bir usta da xanəgahda bərpa işləri görmüşdür.Minarənin səkkizgüşəli hssəsindəki kitabədən məlum olur ki, o, 1256-cı ildə tikilmişdir. Lap yuxarıda qoyulmuş iki kiçik kitabələr də minarənin Şirvanşah Əxistanın oğlu II Gərşasbin göstərişi ilə 1294-cü ildə bərpa edilməsi qeyd olunub. Həmçinin bərpa işlərini memar Şəmsəddin bin Mahmud, inşaatçı Mahmud bin İbrahimi aparmışlar. Minarənin ən böyük kitabəsi onun giriş qapısı üzərindəki əhəng daşına fars dilində həkk olunmuş yazıdır. Bu yazıda qeyd olunduğuna görə  minarə böyük monqol hökmdarı Munka Buğa Qaan vaxtında onun Azərbaycan canişini Arğun ağanın xanəgaha bəxş etdiyi daimi gəlir verən vəsaitlər hesabına və onun səyi nəticəsində bina olmuşdur. Kitabədə tarix qeyd olunmamışdır.Tarixçi Vəssafın yazdığına görə Qızıl orda xanı Sultan Məhəmməd Özbək Pir Hüseyn xanəgahını ziyarətə gəlmiş və Qızıl Orda qoşunlarının talan etdiyi əmlakın ziyarətgaha qaytarılmasını təmin etmişdi.Elxani hökmdarlarından əbu Səid və Məhəmməd Xudabəndə də Pir Hüseyn xanəgahını ziyarət etmişlər. Məhəmməd Xudabəndə Bakı yaxınlığındakı digər sufi xanəgahına da ziyarətə gəlmiş, onun şeyxi Əbu Səid Abdal Bakiyə bəxşişlər təklif etmişdir. Lakin şeyx monqol hökmdarının bəxşişlərindən imtina etmişdir.Monqolların xanəgahlara olan diqqət və münasibətlərinin əsas səbəbi Azərbaycanın həmişə Qərblə Şərqi birləşdirən bir körpü rolunu oynaması idi. İşğalların ilk dövrlərində məscidləri yandıran bütpərəst monqol hökmdarları sonralar Azərbaycana sahib olmaq uğrunda apardıqları mübarizədə İslam faktorundan istifadə etmişlər. Bəs necə oldu ki, monqolları səcdəyə gətirmiş, onlara İslamı qəbul etdirmiş xanəgahlar XIX əsrin əvvəllərindən başlayaraq süquta uğrayıb talan edilmişdir? Təkcə Pir Hüseyn xanəgahının öyrənilməsi tarixinə nəzər salsaq  bəzi məsələləri dərk etmiş olarıq.V. A. Kraçkovskaya xanəgahın öyrənilməsini üç dövrə bölür: Birinci dövr 1858-1861-ci illərdir. Bu zaman Bartolemey, Nanıkov, Dorn kimi Rusiya Peterburq Akademiyasının akademikləri, şərqşnas alimləri Qafqazda və Xəzərin sahil boyu ölkələrində hərbi qulluğa təyin olunmuşdular. Onlar eyni zamanda yerli xalqın adət-ənənəsini, etnoqrafiyasını, tarixi abidələrini və s. öyrənirdilər. Onlar bir çox əlyazmaları toplamış, kitabələri tədqiq etməklə də məşğul olmuşlar. 1858-ci ildə ilk dəfə Pir Hüseyn Xanəgahında olmuş Bartolemey (Ermitajda numizmatika ilə məşğul olurdu) kompleksi son dərəcə xaraba halında görmüşdür. Pir Hüseyn türbəsinin və məscidin al-əlvan kaşı bəzəkləri onu heyrana gətirmişdi. O, dünya mədəniyyətinin çox nadir abidəsi sayılan bu kaşı parçalarından bir neçəsinin yerindən qoparıldığını gördükdə kompleksin Peterburqa köçürülməsini təklif etmişdir. Sonra kompleksin Tiflisə köçürülməsini qərara almışlar. Lakin bu qərar yerinə yetirilmədi. İkinci dövr 1907-ci ildə Tiflisdə Qafqazşünaslıq institutunun elmi katibi S. V. Ter-Avetyanın xanəgahda işə başlamasına tsadüf edir. O, kaşıların təsvirini və fotosunu çəkmişdi. Kraçkovskaya da Ter-Avetiyanın ona təqdim etdiyi materiallar əsasında kaşı parçalarının kitabələrini bir qədər bərpa edib oxumuşdu. Kraçkovskayanın yazdığına görə  məhz Ter-Avetriyanın xanəgahdakı fəaliyyətindən sonra bütün kaşı parçaları yoxa çıxmışdır. Sonralar həmin kaşı bəzəklərinin sorağı Avropanın muzeylərindən gəlmişdir.Üçüncü dövr 1936-cı ilin oktyabrında təşkil olunmuş ekspedisiyanın işi hesab olunur. Bu zaman bütün kaşı bəzəklərinin yeri artıq boş idi. Onlardan üç ədəd kaşı parçasından  ikisi türbədən, biri isə, məsciddən tapılmışlar. Göründüyü kimi, istər Çar Rusiyası, istərsə də Sovet Rusiyası zamanında, bura göndərilən “tədqiqatçı”lar əslində xanəgahda olan daş kitabələri və yazılı kahıları oğurlamaqla məşğul olmuşlar. Ona görə də xanəgaha aid yazlı nümunələr bu gün Avropa və Rusiya muzeylərində daha çoxdur, nəinki xanəgahın özündə.Maraqlı xatirələrPir Hüseyn ziyarətgahında olarkən  bələdçi mənə xatirə kitabına ürək sözlərimi yazmağı təklif etdi. Yazmazdan əvvəl xatirə kitabını vrəqlədim. Məndən qabaq yazılmış xatirələr pirin kəramətinə dair maraqlı əhvalatlar olduğundan, həmin xatirələrin bəzilərini moderator.az-ın oxucularına təqdim etmək qərarına gəldim:«Peterburqdan mənə zəng etdilər ki, orada yaşayan qızım Leylanın ilk uşağı doğulmaq üzrədir və uşaq tərs gəldiyindən  qızın həyatı təhlükəlidir. Ya ana, ya da uşaq ölməlidir. İki rükət «Hacət namazı» qılıb Allahdan kömək istədim və nəzir etdim ki, duam qəbul olunsun  Pir Hüseyn ziyarətgahında qurban kəsərəm. Həmin gecə yuxuda çay qırağında olduğumu və bir pirani insanın qayıqla suda gəldiyini gördüm. Qəribə idi ki, qayıq suyun axarına yox, tərsinə  (!),   gəlirdi. Amma, bu şəxs gəmini çəkmək üçün avardan (kürəkdən) istifadə etmirdi, gəmi öz-özündən gəlirdi. Gəlib mənə çatanda həmin pirani qoca əlindəki çəliyi uzadıb dedi tut bu çəlikdən. Iki  dəfə təkrar edəndən sonra tutdum. Dedi sənin Pir Hüseynə dediyin nəziri Allah qəbul etdi. Sənə bir qız nəvəsi pay verildi. Mən dedim anasına bir xəta olmadı ki? Təkrar dedi ki, sənə deyirəm Allah nəzirini qəbul etdi. Nə anasına, nə də balasına heç bir xətər yetmədi.Səhər açılanda xəbər gəldi ki, qızım sağ-salamat qurtarıb. Gətirib qurbanını kəsdik».İsmayılov Hacı Əlisalam İbrahim oğlu.24 may 2008-ci il.«10 il bundan əvvəl qızım Günelin qəflətən dili və ayaqları tutulmuşdu. Nə danışa, nə də yeriyə bilirdi. Aşura günü qızımı götürüb bu ziyarətgaha gəldim. Dua etdim ki, imamların qırxına qədər qızımın dili açılsın. Maraqlıdır ki, 40 günün tamamında –  imamların qırxı günü qızımın dili və ayaqları açıldı. Allaha şükür etdim ki, Pir Hüseyn ziyarətgahında etdiyimiz duanı qəbul etdi».Cabbarova Durna.14 avqust 2002-ci il.«Həyat yoldaşımın ağzı əyilmişdi, qə nədər həkimlərə, ocaqlara getdik  faydası olmadı. Yoldaşım dedi daha bezmişəm, özümü öldürəcəm. Məhərrəmlik ayı idi, yuxuda rəhmətlik anamı gördüm. Dedi: “A bala, nə  rahat yatmısan? Sən üç ildən sonra qızını, 7 ildən sonra oğlunu Pir Hüseyndən almadınmı? Niyə ərinin də şəfasını ondan almırsan?” Səhər oyanıb  yuxumu həyat yoldaşıma danışdım. Həqiqətən də qızım və oğlum anamın dediyi illərdə burda dua  edəndən sonar doğulmuşdular. Yoldaşımla durub gəldik pirə. Ziyarət edəndən sonra sağalmağa başladı. Həmin məhərrəm ayı çıxana qədər həyat yoldaşım tamam sağaldı».Səmayə, Əli Bayramlı şəhəri.14 sentyabr 2008-ci il.«Bir neçə il bundan qabaq həyat yaddaşımla Pir Hüseyn xanəgahını  ziyarətə gəldik. Mən günbəzə girib ziyarət edib, dua verib çıxdım.  Həyat yoldaşım qorxusundan günbəzə girmədi ki, içəridə əqrəb olar, başıma düşər. Qayıdanda  maşınımızı saxlayıb, yolun qırağındakı ağacın kölgəsində süfrə açdıq ki,  çörək yeyək. Bu vaxt  bir quş başımızın üstündə dayandı və  dimdiyində gətirdiyi əqrəbi süfrəmizin üstünə atdı. Həyat yoldaşım dedi bu bizə işarədir. Süfrəni yığışdırıb, pirə qayıtdıq və yoldaşım günbəzə girib ziyarət etdi. Elə onun  xahişi ilə də  bu əhvalatı olduğu kimi  xatirə  kitabına yazdım».«60-cı illərdə Hacıqabul şəhərindən bu pirə piyada gəlmişdim. Gəlib gördüm böyük traktorlar, ekskavatorlar pirin ətrafında  toplaşıb  buranı sökmək istəyirlər. Dayanıb gözlədim ki, görüm piri dağıda biləcəklərmi?  İki traktor çalışdı ki, piri içəridən uçursun. Amma nə qədər cəhd etdilər, traktor yerimədi. Onlar ruslar idi, axşama qədər əlləşib, heç nə edə bilmədilər, qayıdıb getdilər». Məmmədov Gülbəs.Hacıqabul şəhəri.«Ailə qurandan sonra dünyaya gələn bütün uşaqlarım ölürdü. Bir gün Pir Hüseyn yuxuma girib dedi: «Gəl qəbrimi ziyarət elə. Günbəzin astanasını şirələyib deyərsən: “Mən səndən övlad istəyirəm». Dediyi kimi eləyib getdim. Ondan sonra doğulan qızım yaşadı və adını Pirxanım qoydum. İndi onun 12 yaşı var».B.Nazilə. Stansiya Navahi.Mənbə: Pir Hüseyn xanəgahının xatirə kitabı.Paşa Yaqub – tədqiqatçı-yazıçıHacıqabul – Bakı.Qeyd: xanəgahın (eləcə də digər ziyarətgahların) tarixi barədə geniş məlumatı müəllifin “Doğrulan ümidlər” kitabından əldə etmək olar.Yazarın arxivi:http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler