Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Quru emeliyyatı Türkiyenin itkilerini artıracaq, amma…”

24 Ağustos 2016

4:36 pm


24/08/2016 [20:36]: xeber –
Türkiyənin Suriya ərazisində anti-İŞİD əməliyyatlarına start verməsi
dünya mediasında ciddi müzakirələrə səbəb olub. İŞİD-ə qarşı quru əməliyyatlarının
aparılması zərurəti ilə bağlı bütün dövlətlərin mövqeyi üst-üstə düşsə də, bu əməliyyatların
onu keçirən dövlət üçün ciddi itkilərlə nəticələnəcəyi şübhəsizdir.

Maraqlıdır, ciddi həbslər və təmizlənmələrə məruz qalan Türkiyə
ordusunun Suriya ərazisində sürprizlərlə üzləşməsi mümkündürmü? Bu əməliyyatlar
Türkiyə üçün ciddi itkilərlə nəticələnə bilərmi?

sayt-a açıqlama verən hərbi ekspert Azad İsazadə məsələ ilə
bağlı maraqlı fikirlər səsləndirib:

“Aydındır ki, hər hansı hərbi qüvvəni yalnız hava zərbələri hesabına
dağıtmaq mümkün deyil. İŞİD kimi qüvvəni ortadan qaldırmaq üçün hansısa dövlətin
bu cür quru əməliyyatlarına start verməsinə  
ehtiyac var idi. Ancaq bu da bir həqiqətdir ki, quru əməliyyatı həm
müdafiə olunan, həm də hücum edən tərəf üçün itkilərin sayını artıracaq. Buna
görə də nə koalisiya qüvvələri, nə də rus qüvvələri tələsmir. Yalnız İran Bəşər
Əsədi müdafiə etmək üçün öz ordusunu göndərmişdi və döyüşlərdə İran xeyli itki
verdi, hətta bir neçə generalını da itirdi. Sözsüz ki, bu problemlə Türkiyə də
rastlaşacaq. Quru əməliyyatı əsgər və zabitlərin təhlükəsizliyini azaldır.

Məsələ bundadır ki, İŞİD Türkiyə sərhədlərinə yaxınlaşırdı. Türkiyə
öz təhlükəsizliyini qorumaq üçün öz ordusunu sərhəddin o tayına göndərməyə məcburdur.
İŞİD Türkiyə sərhəddinə yaxınlaşsa, dayanmayacaq. Türkiyə ərazisinə keçəcək.

Vaxtiylə ordudan Atatürkçü generalları uzaqlaşdırdılar və indi də Gülənçilərə
qarşı əməliyyatlar keçirilir. Hazırda Atatürkçü generalları, hansı ki, ordudan uzaqlaşdırılmışdı,  indi onları yenidən orduya qaytarırlar.

Türkiyə çoxdan Suriyaya quru qoşunu yeridərdi. Lakin ABŞ, İran və
Rusiya amili buna mane olurdu. Bu gün praktiki olaraq hər üç dövlət başa düşür
ki, İŞİD-ə qarşı quru əməliyyatı keçirmədən uğur əldə etmək mümkün deyil. Bu gün
hər üç ölkə bu əməliyyatlara razılıq verməsə də, neytrallıq nümayiş etdirirlər
ki, Türkiyə üçün bu da yetərlidir”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler