Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qurtuluş TV-den daha bir addım… – VİDEO

02 Eylül 2016

9:20 pm


03/09/2016 [01:16]: xeber –
Azərbaycan həqiqətləri, milli mənəvi dəyərlərimiz, qədim adət-ənələlərimiz, coxmillətli xalqların yaşadığı bir məkanda multukultural dəyərlərin qorunması, ölkəmizin inkişafı və turizm potensialı “Qurtuluş” televiziyası vasitəsilə bütün dünyada təbliğ olunacaq. Hazırda qtvxeber.az saytında onlayn yayım həyata keçirən televiziyanın sentyabrın sonuna kimi İstanbulda mərkəzi ofisi fəaliyyətə başlayacaq və “Türksat” peyki vasitəsi ilə Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Orta Asya ölkələrində də izləmək mümkün olacaq.Bu fikirlərİ “Qurtuluş” TV-nin Balakən,Zakatala,Qax,Şəki,Oğuz,Qəbələ,İsmayıllı,Ağsu və Şamaxı rayonlarını əhatə edəcək “Şəki bürosu”nun açılış mərasimində ”Qurtuluş MR”MMC-nin Baş direktoru Arzu Hacıyeva səsləndirilib. “Qurtuluş” televiziyasının Regional direktoru İnqilab Şirinbəyli isə bildirib ki, tv-nin efir məkanında daha çox Azərbaycanın tarixi məkanları və müasir inkişafı, turizm potensialını əks etdirən reklam çarxlarına da xüsusi yer veriləcək.Həmçinin maarifləndirici və əyləncəli verlişlər də proqram “setka”sının böyük bir hissəsini təşkil edəcək.Teljurnalist onu da qeyd edib ki,yaradıcı heyət hazırda «Bitməyən ömür», «Yaşamaq gərək», «Uşaq dünyası», «Xalqlar dostluğu», «Bir iş günü», «Tarixin izi ilə» və digər verilişlərin çəkilişlərini aparırlar.O da vurğulanıb ki,həm Umummilli liderimizin,həm də ölkə başçısı İlham Əliyevin ölkəmizdə mətbuatın inkişafına göstərdiyi dövlət qayğısı bu sahəyə olan diqqətin bariz nümunəsidir.Çünki Azərbaycan mətbuatının inkişaf tarixi uzun və mürəkkəb yol keçib. Amma bu gün ölkəmizdə mətbuatın inkişafı yolunda çətinliklərin aradan qaldırılması, televiziyaların aktual problemlərinin həlli, jurnalistlərin peşəkarlığının artılırması, onların sosial problemlərinin həlli məqsədi ilə mühüm tədbirlər həyata keçirilr. Mərasimdə çıxış edən digər qonaqlar da öz xeyir-dualarını veriblər.Və Şəki bürosuna gələcək fəaliyyətində uğurlar arzulayıblar.  Qeyd edək ki,”Şəki bürosu”nun rəhbəri Babək Xasıyevdir.Bundan başqa daha 5 nəfər müvafiq işlə təmin olunub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler