Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qurban Qurbanov Bakı Ali Neft Mektebinin qonağıdır -Foto

31 Ekim 2016

7:44 am


31/10/2016 [11:43]: xeber –
Bakı Ali Neft Məktəbində (BANM) əfsanəvi futbolçu, şöhrət qazanmış “Qarabağ” Azərbaycan futbol klubunun baş məşqçisi Qurban Qurbanovla görüş keçirilmişdir. Görüşü açan BANM-in rektoru Elmar Qasımov qonağı ali məktəbin professor-müəllim heyəti və tələbələri adından ürəkdən salamladı. Rektor Qurban Qurbanovun idman karyerasından və başçılıq etdiyi komandanın uğurlarından söhbət açdı. “Qarabağ” futbol klubunun azarkeşi olduğunu deyərək, Elmar Qasımov klubun daşıdığı adın hər bir azərbaycanlı üçün əziz olduğunu da vurğuladı. BANM-in rektoru qeyd etdi ki, “Xaricdə bizim idmanımızı layiqincə təmsil edən Qurban Qurbanovun və klubun futbolçuları sayəsində Avropada və bütün dünyada “Qarabağ” sözü qələbə simvoluna çevrilir”.Vaxtilə Azərbaycan Milli komandasının ən yaxşı hücumçusu olan, məşhur futbolçu Qurban Qurbanov BANM-in rəhbərliyinə ali məktəbə dəvət olunmasına görə təşəkkür etdi və BANM haqqında təəssüratları ilə bölüşdü. O dedi ki, BANM-in tələbələri çox savadlı və istedadlı gəncdirlər və öz biliklərinə görə ölkənin ən aparıcı ali təhsil müəssisələrindən birində təhsil almaq haqqını qazanıblar. Qonaq həmçinin qeyd etdi ki, BANM-in hazırladığı mühəndis mütəxəssisləri Azərbaycanın uğurlu neft-qaz sənayesinin inkişafı üçün lazımdır və o, tələbələrə seçdikləri peşələrdə və tədrisdə müvəffəqiyyətlər arzuladı.Sonra Qurban Qurbanov çoxsaylı suallara cavab verdi və ən maraqlı sualların müəlliflərinə “Qarabağ” futbol klubunun baş məşqçisinin imzası ilə toplar hədiyyə etdi. Belə hədiyyələrin xoşbəxt sahibləri Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının üçüncü kurs tələbəsi Nərgiz Hüseynova, Kimya mühəndisliyi ixtisasınının ikinci kurs tələbəsi Nazpəri İsfəndiyarzadə, həmin ixtisasın birinci kurs tələbələri Nazim Nəsirov və Qəzənfər Qəzənfərli oldular.Görüşün sonunda BANM-in rektoru Elmar Qasımov görüşdə iştirak edənlərin adından şöhrətli qonağa təşəkkürünü bildirdi və BANM-ə gəlişi haqqında xatirə üçün ona plaket bağışladı. Qurban Qurbanov Elmar Qasımova idman suvenirləri və hədiyyələr bağışladı. Görüşün sonunda xatirə fotolar çəkildi.Xatırladaq ki, 2009-cu ildən “Qarabağ” futbol klubu müntəzəm olaraq UEFA-nın Avropa liqasında çıxış edir və komanda üç dəfə pley-off mərhələsinə vəsiqə qazanmışdır. Ötən il “Qarabağ” öz tarixində ikinci dəfə Azərbaycanın çempion titulunu və Çempionlar Liqasında iştirak etmək üçün vəsiqə qazanmışdır. Avropa yarışlarında klubun əldə etdiyi nailiyyətlərə görə Qurban Qurbanov Azərbaycanın ən uğurlu məşqçilərindən biri hesab olunur.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler