Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Qurban kesmeye imkanım yoxdur”

12 Eylül 2016

7:44 am


12/09/2016 [11:43]: xeber –
“Müqəddəs Qurban bayramı münasibətilə xalqımızı, dövlətimizi, eləcə də bu bayramı qeyd edən bütün dünya müsəlmanlarını ürəkdən təbrik edirəm. Allah millətimizə dəyməsin, millətimizi qorusun. Tanrıdan bu gözəl gündə millətimizə gözəl günlər, xoşbəxt həyat arzulayıram. Arzu edirəm ki, əminamanlıq olsun, ölkəmizdə heç vaxt ajiotaj olmasın”. Bu sözləri sayta açıqlamasında tanınmış həkim, tibb elmləri namizədi Rəşid Mahmudov dünya müsəlmanlarının Qurban bayramını təbrik edərkən deyib. Bütün müsəlmanları müqəddəs bayram münasibətilə təbrik edən Rəşid Mahmudov qurban kəsib kəsməməsinə də aydınlıq gətirib: “Çox təəssüf ki, bu gün özüm qurban kəsə bilmədim. Açıq deyirəm ki, indi qurban kəsəcək imkanım yoxdur. Əvəllər kəsmişəm, ancaq indi əvvəlki imkan yoxdur. İmkanım olarsa, əvvəlki kimi yenə də qurban kəsib, son tikəsinə qədər ehtiyacı olanlarla bölüşərəm. Çünki Qurban bayramında imkansızları, ehtiyacı olanları sevindirmək lazımdır. Bir daha hər bir müsəlmanın bayramını təbrik edirəm, allah kəsilən bütün qurbanları qəbul eləsin”. Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler