Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“QURAN”DA 16 ƏDƏDİNİN SİRLƏRİ – elmi araşdırma

28 Ağustos 2016

10:48 am


28/08/2016 [14:46]: xeber –
“Quran”ın 16-cı surəsi «Bal arısı» adlanır. Araşdırmalarımız göstərir ki, bu nömrələnmə təsadüfü deyildir. Belə ki, ana arı öz balasını 16 gün südlə bəslədiyindən, onun haqqında olan surə də 16 rəqəmi ilə nömrələnib. Sözü gedən surədə arının misalında insanlara məhəbbət aşılanır: Bal – arının gülə olan məhəbbətinin nəticəsində yarandığı üçün həm Qərbdə, həm də Şərqdə məhəbbət rəmzi sayılır. Məhəbbət yandırıcı hiss olduğundan, bu söz «yanmaq», «alovlanmaq» sözü ilə yanaşı işlədi-lir. Bu hikmət kimya elmində də özünü eyni rəqəmlər altında büruzə verir. Belə ki, Mendele-yev cədvəlinin 16-cı elementi olan Kükürd məişətimizə yandırıcı bir vasitə kimi daxil olub. Həmçinin, məhəbbət insana yaşamaq həvəsi, enerji (ruh) verdiyi kimi, kükürdün oksidləşməsindən yaranan sulfat turşusu da (H2SO4) akkumulyator istehsalında istifadə edilməklə, məişətimizə enerji mənbəyi kimi daxil olub. Məhəbbətdə iki tərəf iştirak edir və biri olmadan o biri “yanmaz”. Bu hal kimya elmində də özünü eyniylə büruzə verir. Belə ki, dövrü cədvəldə  16-cı element olan Kükürd, atom kütləsi 16 (!) olan Oksigensiz yanmır. Başqa sözlə desək “16” tək yanmır; onun həm hərfi, həm də məcazi mənada yanması üçün ikinci “16” lazımdır. İnsan cəmiyyətində “yanmanı” əks cinsdən olan tərəf müqabili təmin edir. Kimyəvi elementlərdə isə, yuxarıda qeyd etdiyimiz kimi, Kükürdü yandırmaq üçün mütləq Oksigen lazımdır (hər ikisi 16 ədədinə bağlıdır).“… Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?” “Quran”, 6:80 Ən maraqlısı da odur ki, Kükürdlə Oksigenin birləşməsində Kükürdün energetik səviyyələr üzrə elektronları 2 – 8 – 6 formasında yerləşir. Bunu da bütöv oxuduqda görürük ki, “Quran”ın səhifələrinin sayına (286) işarədir. (“Quran” nazil olandan ta XVIII əsrə qədər harada və nə vaxt çap olunmasından asılı olmayaraq 286 səhfədə yerləşdirilib; bu barədə əvvəlki yazılarımızda izah vermişik). Qeyd edim ki, 286 ədədinin əbcəd hesabı ilə cəmi (2 + 8 + 6) 16-ya bərabərdir ki, bu da “Quran”ın insanlara məhəbbət aşıladığını bir daha sübut edir. Elmi-lədun araşdırmalarımız sübut edir ki, insan ana bətnində 286 (!) günə yaranır. Belə ki, genekologiya elminə aid kitablarda qeyd olunur ki, cütlüklər görüşəndən 6 gün sonra toxum ana bətninə düşür. Həmin kitabın başqa bir fəslində isə, qeyd olunur ki, toxum ana bətninə düşəndən 280 gün sonra normal uşaq dünyaya gəlir. Bunu nəzərə alıb, sadə bir hesablama aparaq:6 gün + 280 gün = 286 gün.Buradan aydın olur ki, insan ana bətnində “Quran”ın hər  səhifəsinə bir gün hesabı ilə qalır.“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” “Quran”, 30:21.16 ədədində olan başqa hikmətlərə nəzər salaq: Atom kütləsi 16 olan və yanmanı təmin edən Oksigenin sıra nömrəsini (8) Kükürdün məhəbbət rəmzi olan sıra nömrəsinə  (16-ya) vurduqda  alınan 128 ədədi «Bal arısı» surəsinin ayələrinin cəmini göstərir və elementlərlə surələr arasında olan əlaqəni bir daha təsdiq edir:8 x 16 = 128 Diqqətinizi bal arısında olan digər xüsusiyyətin insanlarda özünü göstərməsinə cəlb etmək istə-yirəm. Yuxarıda qeyd etdim ki, bal arısı gözəllik rəmzi olan gülə məhəbbət bəsləyir və ancaq onlarla təmasda olur. Xatırladım ki, təbiətin gözəlliyi gül-çiçək olduğu kimi, cəmiyyətin də gözəlliyi qadınlardır. Arının gülə olan məhəbbətinin nəticəsində bal yarandığı kimi, insanın da (kişinin) qadına olan məhəbbətinin nəticəsində bal(a) yaranır və hər ikisi şirindir. Çünki ikisi də məhəbbətdən yaranr. «Bala baldan şirindir» məsəli də məhz bu hikmətdən doğur. Allah bal arısını həm də ailə, dövlət və ordu qurmaq üçün insanlara nümunə yaratmışdır. Çünki, bal arısı ailəsi öz zəhmətkeşliyi, çalışqanlığı, ciddi nizam-intizamı, təmizkarlığı və faydalılığı ilə bütün canlılardan üstündür. Məhz buna görə də Allahın məhəbbətini qazanaraq adına surə nazil olmuşdur. Buradan aydın olur ki, həmin keyfiyyətləri özündə cəmləşdirən istənilən insan həm cəmiyyətin, həm də Allahın məhəbbətini qazana bilər. Yeri gəlmişkən qeyd edim ki, Allahın məhəbbətini qazanmağın yollarından biri də elmdir. Bu yolda çalışan insan (tələbə) hər kitabdan bir qədər elm (şirə) toplayır və nəticədə onun da əməyi “bal”la qiymətləndirilir.Onu da nəzərinizə çatdırım ki, Rəbbim elmi (və imanı) çox olan bəndəsini digərlərindən daha çox sevir. Bunu Loğman Peyğəmbərin simasında aydın görmək olur. Belə ki, Allah-təala kitab verdiyi bir çox peyğəmbərlərin adına “Quran”da surə göndərməsə də, ancaq təbabət elmi bəxş etdiyi bəndəsi Loğmanın (Salam olsun!) adına 31-ci surəni göndərdi. Bu fakt Rəbbimin elm adamlarına olan məhəbbətinin təzahürüdür. Elm iki cür olurYeri gəlmişkən, elm zahiri və batini olmaqla, iki qurupa bölünür. Zahiri elmlər məktəbdə müəllimdən və kitabdan öyrənildiyi halda, batini elm əksinə, müəllimdən öyrəniləz. Buna elmi-lədun deyilir. Lədun sözü ərəbcə “dərin qat” mənasını verməklə, elmin dərin qatlarına işarədir. Bu, tək zəhmətlə (oxumaqla) əldə edilə bilməyən, həm də qəlbə gələn duyumla (hissiyyatla) qazanılan bilgidir. Vaxtilə peyğəmbərlər və digər kəramət sahibləri bu cür elmə malik olublar və sirlər üzərindən pərdələri məhz bu elmlə qaldırıblar. Deyleminin rəvayət etdiyi bir hədisi-şərifdə: “Elmi-lədun Allah-təalanın sirlərindən bir sirdir. Onun hökmlərindən bir hökmdür. Dilədiyi qulunun qəlbinə salar”  deyə buyurulmuşdur. “Sülükül-Uləma” adlı əsərdə keçən bir hədisi şərifdə: “Elmlərdən elələri vardır ki, onları ancaq mərifətullaha sahib olanlar bilirlər. Onlar bu elmlərdən xəbər verdikləri zaman mərifətullaha sahib olmayanlardan başqası onları inkar etməz”  buyrulmuşdur.Hadimi həzrətləri: “Mərifətullah bilgiləri kəşflə və ilhamla hasil olur. Müəllimdən öyrənilməz”  demişdir. Elmi-ladun barəsində Quranın bir ayəsində belə buyrulur:«Şübhəsiz ki, Yəqub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların ək-səriyyəti (Allahın sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə elm öyrətməsini) bilməz!» “Quran”,  12:68Qeyd edim ki, oxuduğunuz bu yazı da bir elmi-lədun nümunəsidir.Fərəhli haldır ki, elm və peyğəmbərlik əsri olan XXI əsrin 16-cı ilində yaşayırıq. Gözəl əməlləri və əxlaqı ilə Allahın məhəbbətini qazanmış insanlar üçün ən uğurlu ildir. Təsadüfü deyildir ki, 16-cı ayə “Quran”da 85 dəfə keçir (müqəddəs kitabın cəmi 85 surəsində 16-cı ayə var; qalan surələrdə ayələrin sayı 16-dan azdır). 85-ci (!) surə isə “Bürclər” adlanmaqla, tale, xoşbəxtlik rəmzi sayılır.Söz ardı: o ki, qaldı bu il təbii fəlakətlərin və qəzaların artmasına, bunun da cavabı müqəddəs kitabda verilib:“Biz heç kəsə zülm etmək istəmirik, insan zülmü özü (öz əməlləriylə) qazanır”. Qurani-Kərim.Ayədən göründüyü kimi, Allah hamını sevmək, yaxşılıq etmək istəyir. Lakin, insanların çox hissəsi öz mənəviyyatsızlığı, əxlaqsızlığı, yaxud qəddarlığı ilə cəmiyyətin digər üzvlərinə əziyyət (zülm) verdikləri üçün, Allah həmin günahkarları cəzalandırmaq məcburiyyətindədir. Belələri isə, cəmiyyətdə çoxluq təşkil etdiklərindən gələn bəlanın da miqyası böyük olur və Yerin çox hissəsini əhatə edir. Amma, hər ziyanın içində bir xeyir də vardır. Yəni, fəlakətlərin çoxalması Yerin zalım və tərbiyəsizlərdən təmizlənməsinə xidmət edir ki, bu da Allahın məhəbbətini qazanmış əməlisaleh adamlar üçün sərfəlidir (onların xeyrinədir). Paşa Yaqub – tədqiqatçı-yazıçıMüəllifdən: 16-cı ilin elmi-lədun təsviri ilə tanış olmaq istəyənlər “Məhəbbət ili” kitabımızı oxuya bilərlər.Yazarın arxivi:    http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler