Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Quran ve Bibliya onun üçün yalnız din ve Allahdan behs eden kitab deyildi…”

01 Ağustos 2016
7:56 pm


01/08/2016 [23:52]: xeber –
Deyilənə görə, akademik Aleksandrov (SSRİ EA-nın sabiq prezidenti), akademik Yakovlevə (Sov.İKP MK-nın sabiq katibi) deyibmiş: “Uzunluğu verilən əyrinin uzunluğuna bərabər olan düz xətt parçasına bu əyrinin açılışı deyilir. Açılmış zahirin düz görünsə də, için əyridir”. Hiddətlənən Yakovlev  xəbər alıb ki, bəs sənin haran əyridir? Akademik  Aleksandrov MK katibinin  sözünü belə  kəsib: “Mən Qaus əyrisiyəm! Ehtimalın normal paylanma əyrisi!”.Növbəti  müşavirələrin birində Yakovlev akademik Aleksandrova irad tutub ki, sənin şübhələrin  həmişə əsassız olub. Akademik  özünəməxsus təmkinini pozmadan  “Yenidənqurmanın  memarı”na belə cavab verib: “Əsassız olsaydı çoxdan uçmuşdular. Əksinə, mənim şübhələrim  sənin inamından əsaslıdır. Ona görə də  qorxutmur səni. Niyə də qorxutsun?! Əminsən ki, uçan deyil, altında qalasan”.Görkəmli Azərbaycan alimi, akademik Midhət Abasovun ömür yolu, sözün həqiqi mənasında,  akademik Aleksandrovun dediyi Qaus əyrisidir! Ehtimalın normal  paylanma əyrisi! Vətəndaş  ehtimalının, ziyalı  ehtimalının, müəllim ehtimalının  normal paylanma əyrisi!Midhət müəllim öz  ömrü ilə çoxlarına sübut  edə bilərdi ki,  hər bir insanın  içindəki şübhələr, çölündəki inamından  əsaslıdır. Ona görə də akademik Abasov heç zaman haqqı nahaqqa vermədi.  Doğrudur, ara bir onun ürəyindən  qənşərdəki “dəmir-beton kəllə sahiblərini” taranlamaq da keçib. Lakin həmən düşünüb ki, tarana getmək hər iki tərəfin məhvi deməkdir. Bu dünyada taranlamaq uduzana yaraşır. Məhv olub məhv eləmək, məhv olub məhvə getmək insanlıq yolu deyil. Özü həmişə deyərdi ki,  bax bu cür düşüncə, bu sayaq məntiq peşəkar ağayanalıq, peşəkar  mənəviyyat,  peşəkar əxlaq sayılmalıdır. Midhət müəllimin  ömür kitabının hər sətrini oxuduqca  çəkdiyi insanşünaslıq  sərgisinin  hər bir  əsərini  seyr etdikcə, bir daha məlum olur ki, bu ömür kitabının və həyat  sərgisinin  səbəbkarını, onun cismini və ruhunu  bu qoca dünyada  hər hansı  bir işin maddi  cəhətdən mənfəətdar  olması və yaxud  olmaması  qətiyyən  düşündürməyib. Çünki akademik Abasov daima özünü öz ruhundakı sentimentdən  qoruyub.  Rəhmətlik  həmişə deyərdi ki, sentimental adamları həm ucuz satmaq olur, həm ucuz almaq. Sonra da əlavə edərdi ki, sentimental  göz yaşları  teatral göz yaşlarıdır.  Yaylığında qlesirin ətri var.  Özü demişkən, tənasübsüzlük, uyğunsuzluq, əndazəsizlik və həqiqi tən gəlməmək, ağlasığmazlıq, mənasızlıq onun qəlbini üzəndə  belə Midhət müəllim insana və  insanlığa tapınırdı. Çünki onun güvəndiyi  mənəviyyat  və ləyaqət  işığı idi!Bəli, akademik Abasovun kamilliyi  bu zirvədə daha  gözəl  görünürdü. Dünən də, bu gün də, hətta sabah da Yer  üzündə baş verən dəhşətləri faş eləmək  dönüş nöqtəsi, qiymət  şkalası, əxlaq kriteriyası əldə etmədən mümkün deyil. Çünki dünyanın bütün siyasi, iqtisadi və sosial  problemləri  şəxsiyyətlərin və peşəkarların mənəviyyat işığına  möhtacdırlar. Nəyə və kimə lazım o təkamül və təfəkkür  ki, onun inkişafının maddi tərəfi  mənəvi  tərəfini  üstələyir?Görkəmli alman filosofu Albert Şveyserin ən kamil  tədqiqatlarından biri  budur ki,  təbiət insana  mənəviyyat dərsi  keçmir. Çünki bu nəhəng  və mürəkkəb  kainat  xeyir və şər  nədir bilmir. Təbiətin qoynundakı  yırtıcı da, bu yırtıcının  şikarı da  ümumi bioloji qanunlara tabedir. Əgər antik dünyada Sokrat qədər yunan  müdrikləri həyatın baş oriyentirini kosmosun qanunlarında axtarırdısa, Sokrat təntənə ilə bildirdi ki, özümüzü dərk edək. Bu hərəkəti ilə Sokrat təbiət  aləmindən  mənəviyyat aləminə ilk addım atdı. Midhət müəllimi bizlərə  sevdirən əsas səbəblərdən biri  budur ki, onun zəngin  təbiət aləmi  daima  müdrik  mənəviyyat  aləmində  addımlayıb. Doğrudur, Midhət müəllimin  elmindən  və təcrübəsindən  faydalanan insanların  eləsinə də rast  gəlmişik ki, onları inamın və imanın  tamamilə başqa formaları  ruhlandırıb. Akademik Abasov üçün bütün bu təzadlar və ziddiyyətlər təbii görünüb: zəkaya inam, elmi-texniki tərəqqiyə inam. Midhət müəllim çoxlarından çox-çox əzəl  dərk edib ki, bütün bu tanrıdan və mənəviyyatdan kənar formalar geci-tezi, kor-koranə bütlərə çevrilib. Akademik Abasovu bütün nəsillərə sevdirən  əsas səbəblərdən biri də budur ki, onun insanlara bəxş etdiyi  ümumbəşəri xeyir-dualar, həyatın yüksək mənasına,  məişətin ali məqsədinə, estetik  tələblərin obyektiv xarakterinə həsr etdiyi klassik və akademik ibadət  məhəbbətin və mərhəmətin  abajursuz lampasında nurlanır. Yalnız nurdan yoğrulan ömür dairəsi və həyat  eşqi  tarixin bütün dövrlərində insan zəkasının  qüdrəti sayılan təfəkkür və  təkamülün  mənbəyini və köklü əsaslarını  təşkil edib, yaradıb, qurub, təkmilləşdirib. Həmişə deyərdi ki,  yalnız Nurun mahiyyəti xeyir və şəri  dərk etməyin ilkin mənbəyi, yeganə müjdəsidir. Deyərdi ki, baxın Allaha, dinə, inam da buna bənzəyir. Quran və Bibliya  onun üçün yalnız din və Allahdan bəhs edən kitab deyildi, həm də bizdən, insanlardan  söhbət açan, bəşər nəslinin amansız  həqiqətlər güzgüsündə əks etdirən projektor işıqlarıydı.Dünyanı bürüyən  ruhi düşkünlükdən,  riyakarlıq, saxtakarlıq, əxlaqsızlıq bazarından söhbət düşəndə Midhət müəllim deyirdi ki, əfsuslar olsun ki, müxtəlif  səbəblər üzündən bəzi nur sahiblərimiz  axıracan səmimi olmağı bacarmırlar. Sonra da əlavə edərdi ki,  “Mən Allahı dananlar cərgəsində əxlaqı  təmiz insanlara  rast gəlmişəm, fəqət axıracan səmimi olmayanların cərgəsində  təmiz əxlaq sahibinə rast gəlməmişəm”.Bəli, akademik Midhət Abasov həm Allahın aşiqi idi, həm də hər kəsə yetəcək qədər səmimiyyətin! Midhət müəllim insanın  dilindəki yox,  qəlbindəkinə qiymət  verirdi. Akademik  insanı hər bir   vəziyyətdə şəxsiyyət görmək istəyirdi, düşünürdü ki, dualizm hər kəsin öz işidir.Akademik dərk etdiyi həqiqəti  axırıncı mərhələdə axtarmayıb, ömrü boyu  soraqlayıb. Midhət müəllim  hər kəlməsində sanki belə deyirdi: “Ey insan oğlu! İnsanın dünyada ən böyük səadəti faciəni üstələmək hünəridir, çünki dünyanın bütün faciələri səfehlikdən baş verir. Tarix boyu bəşəriyyət  ağlasığmaz  dəhşətlərə can ataraq, müsibətlər pəncəsində qıymalanıb. Fəqət dərd burasındadır ki, çox az müddət keçən  kimi bu yaralar qaysaq tutub, fəlakətlər unudulub, faciələr yaddan çıxıb”.Mənə söylənildiyinə görə, 1980-cı ildə Gürcüstan səfərindən Vətənə qayıdan Midhət  müəllim yolüstü Zaqatala Turizm Bazasının qonaq evində istirahətdə olan mərhum akademik Ələddin Quliyevi ziyarət edir. Bir də görür ki, bazanın yay  kinoteatrının  səhnəsində qanadları yaralanmış bir ana qartal çırpınır. Ətrafına toplaşan Sovet turistləri  onun yarasına  acımaq əvəzinə, imkansız  çırpınmasına rişxənd  edirmişlər. Bu əcaib mühitdən, yersiz sataşmalardan bezdikcə uçub uzaqlaşa bilməyən qartalın  gözlərinə qan  sızmışdı. Zirvələr fəth eləyən qartal bu yarımlüt   təlxəklərin qarşısında  aciz qalmasına dözə bilmirdi.  Midhət müəllim elə ordaca hirsindən və hikkəsindən qartal dimdiyinin anbaan necə çatlamasının şahidi olur. Elə həmin  anlarda anası Fatma xanım qədər sevdiyi (on bir yaşı olanda Şura hökuməti atasını güllələyib) Azərbaycanı düşünür. Elə ordaca akademik Ələddin müəllimə deyir ki,  qardaş, gün o  gün olsun,  yurdumuzda  qaranquş dimdiklərini  qartalların dimdikləri əvəz etsin.  Azadlıq da,  səadət də, müstəqillik və qüdrət də  qartal yuvasında olur, qaranquş yuvasında yox! Ay Ələddin, arzum budur ki,  xalqımızın “qanadları” hərdən yaralansa belə, bükülməsin, sınmasın, hikkəmizdən dimdiklərimiz çatlamasın.Alim var ki,  onun elmə yüksək  vəzifə, şan-şöhrət həvəsi gətirir, alim də var ki, Vətən məhəbbəti, millət sevgisi! Akademik Midhət Abasovu elmə bağlayan Tanrı-Vətən-Millət sevdası olub. Midhət müəllimi elmə bağlayan Ata dünyası, Ana laylası, Ömür-gün Leylası olub!Akademik Abasov müsahibələrinin birində  demişdi ki:  “İnsanın, xalqın və bəşəriyyətin  vəzifəsi mütləq mükəmməllik haqda  səmərəsiz  arzulardan, ölüm kabuslarından, məhdud və şərəfsiz  xidmətdən ibarət deyil, əksinə, insan, xalq və bəşəriyyətin vəzifəsi “yerdə olan hər şeyi” “göydə olan hər şeylə” razılaşdırmaqdan ibarət olmalıdır. Çünki yer üzündə Allahın hökmü, onun göydəki hökmünə tən gəlməlidir”.  Akademik Abasovun ən  böyük qüdrəti bax bu cür  məntiqin yenilməz şeydası olmasındadır.İtirə-itirə gəldiyimiz  dünyada  dəyərlər də ucuzlaşıb, insan taleyinin əlvan naxışları da. Elə ona görədir ki, seçilmiş insanlara  sağlığında  qiymət verməyi bacarmırıq. Hər şeyə tələssək də, müqəddəsləşən  insanlarımızın  qədir-qiymətini  bilməkdə yaman gecikirik. Qəflət yuxusundan  ayılanda isə çox gec olur. Gecikmiş  canfəşanlıqlarsa  toydan sonrakı nağaradan uzaq gedə bilmir və nə sızıldayan  vicdanları, nə də narahat ruhları xilas edir.Qoqol Rusiyadan Rusiyaya  çağrılırdı. Keçmiş Rusiyadan gələcək Rusiyaya. Fəqət bu  səfərdə qəza, bəla, faciə və müsibət, fəlakət  və bədbəxtlik  cilidi var… Rusiyanın “ölü canları”. Onun sözünə qüvvət, Mirzə Cəlil  də bizi Azərbaycandan Azərbaycana çağırırdı.  Keçmiş Azərbaycandan gələcək Azərbaycana. Bu səfərdə görünür,  bizim də qəza, bəla, faciə və müsibət, fəlakət və bədbəxtlik  cildimiz vardı…M.Ə.Sabir sabun bişirəndə kirdən bədənləri deyil, könülləri təmizləməyi düşünüb. Sən də fani dünyamızda cıdıra  çıxmamışdın, ömrün karvan yoluydu. Sən həmişə deyərdin ki,  acgöz atı  yəhərləyib  sərvət və  şöhrət cıdırına  çıxanlar  unudublar ki, mənzil dəvə belindədir. Həm də yalnız asta  dəvə belindədir. Çünki bütün karvanların surətini asta dəvə nizamlayır. Bəzi nadanlar   gileylənirlər ki, mənalı ömürlər də, mənasız ömürlər kimi mənasız ölümlə yekunlaşır.Bəziləri də deyinirlər ki, bütün ömürlər mənasız olmasalar da, bütün ölümlər mənasızdır.  Əziz Midhət müəllim! Yerləri, göyləri dərk elədikcə  nə ömürdə məna  gəzdin, nə ölümdə! Dünyada qalacaq qədər dünya üçün, axirətdə qalacaq qədər axirət üçün mətanətin, məhəbbətin, mərhəmətin mübarək!Rafiq ƏLİYEVAzərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler