Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Quma yazılan acılar ve daşa yazılan yaxşılıqlar…

06 Eylül 2016

6:52 am


06/09/2016 [10:51]: xeber –
Iki dost birlikdə səfər edirləmiş. Bir gün aralarında bir münaqişə olur və biri digərinə yumruq vurur. Yumruq dəyə-nin canı möhkəm ağrıyar, amma bir şey söyləmədən əyilib quma belə yazır: “BU GÜN ƏN YAXŞI DOSTUM MƏNİ YUMRUQLADI”.Yumruq dəyən dost münaqişəni uzatmaz və dostlar birlikdə səyahətə davam edərlər. Dostlar gözəl bir çay kənarı-na çatanda çimməyə qərar verirlər. Yurmuq dəyən dost bir az sonra boğulmağa başlayar. Dostu öz həyatını təhlükəyə atmaq bahasına da olsa dostunu xilas etməyə çalışar və onu sahilə çıxarar. Xilas etdiyi dostu özünə gəldikdən sonra bir daşa belə yazar: “BU GÜN ƏN YAXŞI DOSTUM HƏYATIMI QURTARDI”.Çox təccüblənən dostu soruşar: ”Canını acıtdığımda quma yazdın, indi niyə daşa yazırsan? Dostu belə cavab verər:“Birisi canımızı incitdiyində quma yazmalıyıq ki, bağışlama rüzgarı silə bilsin, amma biri bizim üçün yaxşı bir şeyedərsə, daşa həkk etməliyik ki, heç bir rüzgar silə bilməsin.”Acılarımızı quma və bizə edilən yaxşılıqları daşa yazmağı öyrənə bilsək həyat da, dünya da daha fərqli olardı…Qənirə Paşayeva


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler