Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qulu Meherremli jurnalist qadını bağışladı

22 Temmuz 2016

6:12 am


22/07/2016 [10:09]: xeber –
     Professor Qulu Məhərrəmli haqqında yalan və böhtanlar yazılması iddiası ilə mülki qaydada məhkəməyə verdiyi jurnalist İlhamə Novruzova ilə bağlı şikayətini geri götürüb. Nəsimi rayon məhkəməsindəki mənbə “ləyaqətli davranış nümunəsi” kimi qiymətləndirdiyi bu addımın doğruluğunu təsdiq edib və bildirib ki, tanınmış jurnalist milli mətbuat günü ərəfəsində hakim X.Mərdanovaya göndərdiyi yazılı müraciətlə “şərəf və ləyaqətin qorunması, təkzib verilməklə üzr istənilməsi və mənəvi zərərin ödənilməsi” iddiasından imtina edib.    Xatırladırıq ki, fevralın 14-də ölkəmizdə televiziyanın  kütləvi yayıma başlanmasının 60 illiyi münasibətilə mətbuata verdiyi müsahibədə AzTV sədri A.Alışanovu tənqid etdikdən sonra Q.Məhərrəmliyə qarşı geniş qarayaxma kampaniyası başlanmışdı. Əvvəlcə dövlət resursları hesabına teletənqidçinin əleyhinə üç saatlıq “ifşa” videosu çəkilmişdir. Daha sonra AzTV sədri bir sıra sayt və qəzetlərdə Q.Məhərrəmlinin ünvanına təhqir və böhtanlar yağdıran yazılar dərc etdirmişdir. Haqqında məhkəməyə şikayət olunan İ.Novruzovanın “Bir xəyanətin tarixçəsi” məqaləsi də həmin dalğada ortaya çıxmışdır.-Peşə ləyaqəti, jurnalistika etikası və prinsipləri baxımından yol verdiyi hərəkətlər məqbul sayılmasa da, Qulu müəllim sırf insani mülahizələrə görə İ.Novruzovanın bir qadın və ana kimi, məhz mənim şikayətim əsasında cavabdeh qismində məhkəmə salonlarına gəlməsini, artıq həyəcan və əsəb sərf etməsini istəmir. Məncə, Q.Məhərrəmli öz adına yaraşan vicdanlı və ləyaqətli addım atmışdır-deyə hüquqşünas S.Əfəndiyev bizimlə söhbətində bildirib.    Əldə etdiyimiz məlumata görə, milli mətbuat günü ərəfəsində bir neçə tanınmış qələm sahibi, bəzi xanım həmkarlarımız və hüquq müdafiəçiləri də Q.Məhərrəmlidən jurnalist İ.Novruzova ilə bağlı məhkəmə iddiasını geri götürməsini xahiş etmişlər.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler