Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qulu Meheremmli: “Şeref ve leyaqet davası aparmaq üçün adamın üzü ve haqqı olmalıdır”

08 Eylül 2016

10:04 am


08/09/2016 [14:00]: xeber –
Tanınmış telejurnalist, professor  Qulu Məhərrəmliyə qarşı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovun xüsusi ittiham qaydasında  qaldırdığı iddiayla bağlı məhkəmə prosesinin vaxtı artıq 3-cü dəfə dəyişdirilib.Bu haqda Gununsesi.info-ya Qulu Məhərəmmli məlumat verib.  Onun sözlərinə görə, məhkəmənin vaxtının dəyişdirilməsiylə bağlı heç bir səbəb göstərilmir: “Heç bir səbəb yoxdur. Sadəcə, sentyabrın 22-nə təxirə salınmış proses daha sonra elə bu ayın 9-na, dunən aldığım məlumata görə isə 15-bə təyin edilib”.Q.Məhərəmmli bildirib ki, əslində, bu məhkəmə prosesinə çəkişmə kimi yanaşmaq doğru deyil:“8 aydır davam edən  məhkəmə təhdidi yerində olmayan qeyri-peşəkar və şübhəli reputasiyalı bir məmurun söz azadlığına hücumudur. Heç bir məhkəmə  Alışanovun AzTV-yə vurduğu ziyanı pərdələyə bilməz. Hüquqi əsassızlığı bir yana qoyuram, şərəf və ləyaqət davası aparmaq üçün adamın üzü  və haqqı olmalıdır” – deyə, o, bildirib.Qeyd edək ki, tanınmış telejurnalist, professor  Q. Məhərrəmliyə qarşı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sədri Arif Alışanovun xüsusi ittiham qaydasında  qaldırdığı iddiayla bağlı prosesə   Yasamal Rayon Məhkəməsində Azər Tağıyevin sədrliyilə baxılacaq.Xatırladaq  ki, məhkəmə çəkişməsinə səbəb isə Q.Məhərrəmlinin bir neçə media qurumunda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi açıqlamalar olub. Jurnalist həmin açıqlamalarında AzTV-nin bugünkü fəaliyyətini bəyənmədiyini bildirib, bunu qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib. Teletənqidçi bu barədə fikirlərini deyərkən sərt ifadələr işlədib.A A.Alışanov Q.Məhərrəmlinin onun ünvanına söylədiyi fikirlərə görə CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edir. Q.Məhərrəmlini 2 ilədək azadlıqdan məhrumolunma cəzası gözləyir. Q.Məhərrəmli gununsesi.info-ya açıqlamasında A.Alışanovun iddiasının əsassız olduğunu bildirib. O, özünün dilçi-alim, elmlər doktoru olduğunu qeyd edərək deyib ki, 30 ildən çoxdur ki, jurnalistika ilə məşğuldur və tənqidi təhqirdən yaxşı ayırır. A.Alışanov Q.Məhərrəmliyə qarşı həm də Nəsimi Rayon Məhkəməsində mülki iddia qaldırıb və ondan 100 min manat (65 min dollar) tutulmasını tələb edir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler