Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qudurğanların eyş-işret “yarışı” – Kim hansı ölkeden ne qeder qadın getirir?

30 Ekim 2016

5:12 pm


30/10/2016 [21:11]: xeber –
Son günlər Azərbaycandakı məmur övladları arasında “yeni növ” eyş-işrət yarışına start verilib. Bu barədə sayt-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, son bir ildir ki, məmur övladları təyyarə ilə xarici ölkələrdən eyş-işrət məclislərində iştirak etmək üçün əcnəbi qadınlar gətirmək uğrunda yarışa giriblər. Belə ki, hansı məmur oğlunun hansı xarici ölkədən nə qədər qadın gətirdiyi, onlara nə qədər vəsait xərclədiyi bu yarışın mahiyyətini təşkil edir və məmur övladlarının nüfuz dərəcəsini müəyyənləşdirir.Mənbənin sözlərinə görə, əsası sabiq MTN rəhbəri Eldar Mahmudov dönəmində MTN-çilər tərəfindən qoyulan bu ənənə sürətlə yayılmaqdadır. Belə ki, harınlamış məmur övladları bu gün əsasən Ukrayna, Rusiya, ərəb ölkələri, eləcə də Tailand, Braziliya və Venesueladan eyş-işrət məclislərinə qadınlar dəvət edir ki, bu da toplam yüz minlərlə manat vəsait deməkdir. Iqtisadi böhran dövrünü yaşayan ölkədə məmur övladlarının bu qədər vəsaiti hardan, necə əldə etməsi isə hər kəsə gün kimi aydındır. Eyni zamanda bu həm də prezident İlham Əliyevin harınlamış məmur balaları ilə bağlı xəbərdarlığından çoxlarının hələ də nəticə çıxarmamasının göstəricisi hesab oluna bilər. Görünür, heç də hər zaman obrazlı desək, ilan vuran ala çatıdan qorxmurmuş. Yəni bir neçə məmur balasının qudurğanlığına görə yüksək mənsəb sahibi olan atasının cəzalandırılması da bu adamlara görk olmayıb. Görəsən, daha nə lazımdır ki, onlar etdiklərinin qanun pozuntusu olmaqla yanaşı həm də aşkar qudurğanlıq olduğunu anlasınlar…?


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler