Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qubada toya yollanan avtomobil aşdı – FOTO

07 Eylül 2016

5:44 am


07/09/2016 [09:41]: xeber –
Günorta saatlarında Bakı-Quba yolunun 95-ci kilometrliyində ağır yol qəzası baş verib.sayt Report-a istinadən xəbər verir ki, hadisə “Chery” markalı avtomobilin təkərinin qəflətən partlaması və maşının bir neçə dəfə fırlanaraq aşması nəticəsində qeydə alınıb.Qəza zamanı maşında olan sərnişinlər – 1967-ci il təvəllüdlü, Bakı şəhər sakini Quliyeva Xuraman Məmiş qızı, onun həyat yoldaşı 1964-cü il təvəllüdlü Əkbərov Şahzadə Həsən oğlu və 1963-cü il təvəllüdlü bacısı Quliyeva Nəzakət Məmiş qızı təcili yardım maşını ilə Siyəzən Mərkəzi Diaqnostika Mərkəzinə gətirilib.Yaralılara kürəyin və onurğanın küt travması diaqnozu qoyulub. Onların ümumi vəziyyətləri kafi olduğuna görə, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.Avtomobilə ciddi ziyan dəyib. Onların Qubaya toy mərasiminə getdikləri bildirilir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler