Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qubada ağır qeza – FOTO/VİDEO

28 Eylül 2016

5:08 pm


28/09/2016 [21:04]: xeber –
Bu gün Quba rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. ARB Şimal xəbər verir ki, hadisə Bakı-Quba magistralının rayonun Paşaoba kəndi ərazisindən keçən hissəsində baş verib. Xaçmaz rayon sakini 26 yaşlı Ayaz Xankişiyevin idarə etdiyi, “VAZ-21099” markalı avtomobil Bakı şəhər sakini 33 yaşlı Afiq Abdullayevin idarə etdiyi “İveco” markalı yük maşınına çırpılıb. Daha sonra  Quba sakini 33 yaşlı Kamal Həsənovun idarə etdiyi “Volkswagen-Passat” markalı avtomobillə toqquşub.Nəticədə “VAZ-21099” markalı avtomobilin sürücüsü və sərnişin 21 yaşlı Dövlət Xankişiyev xəsarət alıb. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəsarət alan şəxslərə lazımi tibbi yardım göstərilib.Faktla bağlı araşdırma aparılır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler