Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Qubad İbadoğlunu desteklediyim üçün İsa Qember meni müşavirlikden çıxarmışdı”

27 Temmuz 2016

8:32 pm


28/07/2016 [00:30]: xeber –
Arif Hacılının bütün alternativləri Müsavatdan bu və ya digər formada Müsavatdan uzaqlaşdırıldılar. Bunu sayt-a açıqlamasında eks müsavatçı, ADR təsisçilərindən olan Hüseyn Məlik deyib. Hüseyn Məlik bildirdi ki, o, Müsavatdan istefa verdiyinə görə peşman deyil:”ADR sədri Qubad İbadoğlu çağdaş siyasətimizdə əxlaqı, mənəviyyatı, ləyaqəti ilə nümunə olan liderdir. Müsavat partiyasının MNTK – sı Qubad bəyi Müsavat partiyasından kənarlaşdıran gün mən MNTK – nın qərarına etiraz edərək Müsavat partiyasından istefa verdim. Bu gün də istefamla bağlı verdiyim qərarı düzgün hesab edirəm.Bildiyiniz kimi mən qurultaya qədər Müsavat başqanının müşaviri idim. Qurultaya 1 ay qalmış Başqanlığa namizəd Qubad İbadoğlunu dəstəklədiyim üçün o zamankı başqan İsa Qəmbər məni sərəncamla müşavirlikdən çıxarmışdı.Mənimlə bərabər Arif Hacılının bütün alternativləri Müsavatdan bu və ya digər formada Müsavatdan uzaqlaşdırıldılar. Özlüyündə bu, Müsavatın yeni rəhbərliyinin alternativ fikrə dözümsüzlüyünün nəticəsidir. Müsavat partiyasında bu gün fərqli düşünmək belə mümkün deyil”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler