Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qubad İbadoğlu: “İqtisadi artım dünyadakı inkişafdan geri qalacaq”

19 Eylül 2016

9:16 am


19/09/2016 [13:12]: xeber –
Tanınmış iqtisadçı Qubad İbadoğlu ÜDM-lə bağlı fikirlərini sosial şəbəkədəki səhifəsində paylaşıb. İqtisadçı-alimin statusunu təqdim edirik:  “Son 2 ildə adambaşına düşən ÜDM 4000 dollardan çox azalıb.Dövlət Statistika Komitəsinin (DSK) bu ilin ilk 8 ayına olan son məlumatlarına görə, ölkədə ÜDM 3,1 faiz, o cümlədən qeyri-neft ÜDM-i daha çox 5,8 faiz kiçilib. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, 2016-cı ildə Azərbaycanda iqtisadi eniş 2,4 faiz olacaq. BVF-nin digər proqnozuna görə, 2016-cı ildə dünya iqtisadi orta hesabla 3,1 faiz, inkişaf etmiş ölkələrin iqtisadiyyatı 1,8 faiz, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı isə 4,1 faiz böyüyəcək. Beləliklə də 2016-cı ildə Azərbaycanda iqtisadi artım dünyadaki inkişafdan geri qalacaq. BVF-nin hesablamalarına görə, Azərbaycanda 2016-cı ildə ABŞ dolları ilə ifadə olunan nominal ÜDM 35 milyard 686 milyon dollar təşkil edəcək ki, bu da 2014-cü ilin müvafiq göstəricisindən (75 milyard 254 milyon dollardan) 2,1 dəfə və ya 39 milyard 568 milyon dollar azdır. Bu o deməkdir ki, son 2 ildə Azərbaycanda adambaşına düşən ÜDM 4 min ABŞ dollarından çox azalıb. İqtisadi qanunauyğunluğa görə, pis idarə olunan, iqtisadiyyatı korrupsiyalaşmış ölkələrdə ÜDM-in artımından kiçik bir qrup bəhrələnirsə, onun azalmasında daha çox əziyyət çəkən böyük yoxsullar ordusu olur. Eynən bizdəki kimi”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler