Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qubad İbadoğlu 45 yaşını Stokholmda qeyd etdi – FOTO

12 Eylül 2016

9:36 pm


13/09/2016 [01:33]: xeber –
“Ən xoşbəxt günlərim Qarabağla bağlıdır…”12 sentyabrda Azərbaycan Demokratiya və Rifah hərəkatının sədri, iqtisad elmləri doktoru Qubad İbadoğlunun 45 yaşı tamam oldu. Qubad İbadoğlu 45 yaşını Stokholmda qeyd etdi.ADR sədri gün boyu ünvanına gələn çoxsaylı təbrikləri elə Stokholmdan sosial şəbəkə vasitəsilə cavablandırıb və təəssüratlarını dostları ilə bölüşüb: “Mənim üçün adi olan bu günü İsveçin paytaxtı Stokholm şəhərində yola salıram. Səhərdən parlamentdə başlayan görüşlərim bir az əvvəl bitib. Mehmanxanadan çıxarkən aldığım çoxsaylı mesajlardan sonra ad günü əhval ruhiyyəsi yaransa da, doğmalardan və sizlərdən uzaqda onu qeyd etmək niyyətində deyiləm. Bəlkə də belə olması daha yaxşıdır. İndicə fürsət tapıb, sizlərin xoş arzularını oxuyaraq, həyatımın geridə qalan 45 ilini vərəqləyirəm. Fikirləşirəm ki, ən xoşbəxt günlərim doğulduğum və boya başa çatdığım, hazırda həsrətlə və heyranlıqla xatırladığım Qarabağla bağlıdır. Ömrümün 22 ili, demək olar ki, tən yarısı Azərbaycanın o dilbər guşəsinə məxsusdur. Yerdə qalan hissəsi əsəsən inkişaf üçün əhəmiyyət kəsb edən dəyərlər uğrunda mübarizədə keçib. Bu mübarizəni harada və hansı səviyyədə aparmağımdan asılı olmayaraq, həyatımın mənası hesab edirəm. Demokratiya və rifah uğrunda çalışmalarımız indiyədək davam edir. Dünən ABŞ-da, bu gün Avropada, sabah Azərbaycanda, bizi birləşdirən böyük dəyərlər üçün fəaliyyətdəyəm…Ən böyük arzum Azərbaycanı bütöv, azad və demokratik görməkdir. Biz belə dəyərlərə sahib olmağa layiq xalqıq. İnanıram ki, onlara tezliklə sahib çıxacağıq və özümüzü Azərbaycanda Avropada, ABŞ-da olduğu kimi rahat, təhlükəsiz və sosial cəhətdən təminatlı hiss edəcəyik.Fürsətdən istifadə edib, müqəddəs Qurban bayramınızı da təbrik edirəm , əziz müsəlman qardaş və bacılarım!”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler