Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qondarma rejimin rehberi Kelbecer-Ağdere yolunun açılışında – FOTOLAR

04 Ağustos 2016

4:48 pm


04/08/2016 [20:46]: xeber –
2014-cü ildən tikintisinə başlanmış “Vardenis (Göyçə)-Kəlbəcər-Mardakert(Ağdərə) yolunda işlər davam etdirilir. Yolun tikintisi “Hayastan” Ümumerməni fondu tərəfindən maliyyələşdirilir. sayt bu haqda erməni mediasına istinadla xəbər verir.Hazırda sözügedən yol tikintisinin üçüncü mərhələsi başlanıb. Fəal işlər gedir. Qondarma “DQR”-in “şəhərsalma nazirliyi”ndən verilən məlumata görə, artıq  120,5 kmlik yolun 60 km-i asfaltlanıb. Yaşayış məntəqələrindən keçən hissələrdə səkilər quraşdırılır. İrili-xırdalı  17 körpü təmir edilib.Xankəndi-Laçın-Gorus yolundan əlavə, Qarabağla Ermənistanı birləşdirəcək ikinci magistralın tikintisinin bu il tamamlanacağı planlaşdırılır. Bu günlərdə separatçı rejimin başçısı Bako Saakyan Ağdərəyə gələrək yoldakı işlərin gedişi ilə tanış olub.Xatırladaq ki, aprel-may aylarında Vardenis-Kəlbəcər yolunun Ermənistandakı hissəsinin 5,5 km-nin təmiri üçün Dünya  Bankının vəsait ayırması haqda informasiyalar yayılmışdı.Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler