Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Qollarımızı bağlamışdılar, zorla xeberi oxutdurdular…” – TRT-nin spikeri

16 Temmuz 2016

5:52 am


16/07/2016 [09:51]: xeber –
TRT kanalında bir neçə saat əvvəl Türkiyədə dövlət çevrilişi ilə bağlı bəyanatı oxuyan diktor danışıb. Aparıcı həyatının ən çətin yayımı olduğunu deyib. Onun sözlərinə görə, xəbəri silahlı əsgərlərin təzyiqi altında oxuyub.”3-4 saat əvvəl dəhşət yaşadıq. Karyeramda ən çətin yayımıma çıxmışdım. Saatlarla girov olduq. Qollarımızı arxadan bağlamışdılar. Təhqir edirdilər bizi. Yayımda o mətni oxumaq üçün silahlı əsgərlər məni məcbur etdi. O şərtlər altında bizə oxutdular. Çox şükür xəsərət alan olmadı. O anları bir də xatırlamaq istəmirəm”, deyə aparıcı bildirib.Bir neçə saat əvvəl TRT kanalının xəbər aparıcısı canlı yayımda Türkiyə dövlət çevirilişi olduğunu demişdi.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler