Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qızmar istiler başlayır…

17 Temmuz 2016

9:16 am


17/07/2016 [13:15]: xeber –
Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun  Abşeron yarımadasında  gecə 22-26, gündüz 32-37,  Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 40-50 % təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-28, gündüz 36-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler