Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Qızımı kanalın yanında tek qoyub, sevişirdik” -Ərine dostu ile xeyanet eden qadın

08 Ekim 2016

6:28 pm


08/10/2016 [22:27]: xeber –
Özündən 13 yaş böyük dostunu qadına görə qətlə yetirən şəxsin cinayət işi üzrə məhkəmə başa çatıb.Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyev sədrlik edib. Məhkəmə istintaqı zamanı cinayət hadisəsinin təfərrüatları ortaya çıxıb. (Adlar şərtidir)“Yaxın dost idik…” Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Səməd Dəmirov özünü qismən təqsirli bilib. O, ifadəsində mərhum Məhəmmədi 4-5 il qabaq dəyirmanda fəhlə işlədiklərini deyib: “Məhəmməd bir müddət sonra işdən çıxdı. Münasibətlər yaxşı idi, dost kimi qalmışdıq. Məhəmməd arvadı Nigar ilə broyler sexində işləməyə getdi. Biz Məhəmmədlə hərdən görüşüb, söhbət edirdik. Mən artıq taksi fəaliyyəti göstərməyə başlamışdım. Bir gün mənə dedi ki, gəl sənə ayda 30 manat verim, hər gün uşaqları məktəbə apar, gətir. Razılaşdım. Məhəmməd sonradan arvadı Nigarı da işə aparıb-gətirməmi istədi. Deyirdi ki, tanımadığım adamın maşınına arvadımı qoymuram. Nigarı iş yerinə, lazım olanda rayonun mərkəzindəki banklara aparırdım. Nigardan xoşum gəlməyə başlamışdı. Bir dəfə bunu Nigara dedim. O da bir müddət sonra sevgimə cavab verdi. Biz hər gün telefonla mütəmadi danışmağa başladıq”.“Dostuma xəyanət edirdim”Səməd Dəmirov deyib ki, Nigarla bir neçə dəfə dənizə gedib: “İki dəfə dəniz kənarına getdik. Heç kim şübhələnməsin deyə Nigar balaca qızı Vəsiləni də aparırdı. Hər görüşəndə cinsi münasibətdə olurduq. Nigara bağlanmışdım. Onsuz qala bilmirdim. Hətta onu qısqanırdım, geyiminə qarışırdım. Dostumun arvadını sevirdim, ona xəyanət edirdim. Nigarı o qədər sevirdim ki, özümü saxlaya bilmirdim”.Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, bir müddət sonra Məhəmməd bu münasibətdən şübhələnməyə başlayıb: “Məhəmməd yanıma gəldi. Maddi sıxıntısı olduğunu dedi. Daha uşaqları, arvadını heç yerə aparmamağımı tapşırdı. Ürəyimdə Məhəmmədin nədənsə şübhələndiyini bilirdim, amma bu barədə mənə heç nə demədi. Məhəmmədin dediklərini Nigara dedim. Nigar heç bir problem olmadığını, “mənə belə xoşdur” – dedi. Mən yenidən Nigarı maşınla gəzdirməyə başladım. Bir gün rayondan Nigarı gətirirdim. Evlərinin yaxınlığında düşdü. Bu vaxt Nigarın qohumu Ramiz zəng vurdu, görüşmək istədiyini dedi. Körpünün yanında görüşdük. O, mənə Nigarı maşınıma mindirməməyi, bəzi şeylərdən şübhələndiyini dedi. Onunla razılaşmadım. Dedi ki, Nigarın telefonunda sənin şəkillərini görmüşük. Bu işin axırının yaxşı olmayacağını dedi.Ramizin xahişi ilə Nigarı maşına mindirməyəcəyimə söz verdim. Baş verənlərlə bağlı Nigara xəbər verdim. Məhəmmədə zəng edib, onlara gələcəyimi, söhbət etmək istədiyimi dedim. Məhəmmədlə görüşdük. Ona Ramizin dediklərini danışdım. Ramizin barəmdə pis fikirdə olduğunu Nigarla aramda heç nə olmadığını dedim. Məhəmməd fikrə getdi. Məsələni araşdıracağını, belə şeyin olacağı təqdirdə nələr edəcəyini dedi. Məhəmmədlə söhbət edən zaman Nigarın evdən çıxıb harasa getdiyini gördüm. 3-4 gün Nigar ilə danışmadım. Mənə zəng elədi, dəniz kənarında olduğunu dedi. Getdim, görüşdük. Maşına mindirdim. Evdə nəsə problem yaşamışdı. Məhəmməd həmin vaxt zəng edib, evə çağırırdı. Ona evə getməsini istədim. Nigar evə getməyəcəyini deyərək, maşından düşdü. Yolüstü Məhəmmədgilə dəydim. Məhəmməd məndən Nigarın harada olduğunu soruşdu. Bilmirəm dedim, amma Məhəmməd buna inanmadı. Məhəmməd mənə heç nə etməyəcəyini dedi, düzünü danışmağımı istədi. Anası isə ağlayaraq Nigarın ölüsünü və ya dirisini tapıb gətirməmi, ona heç nə edilməyəcəyini dedi. Məhəmməd kənara çəkib Nigarın səhər zəng vurduğunu, evə qayıtmaq istəmədiyi üçün kənddə düşdüyünü danışdım. Məhəmmədlə həmin kəndə gəldik. Nigar ərini görən kimi özündən getdi. Məhəmməd onu qucağına alıb evə gətirdi. Yenə Nigarlə bir müddət danışmadıq”.“Onunla Rusiya qaçmaq istəyirdim”Səməd Dəmirov artıq qorxduğunu və Nigar ilə birlikdə ölkədən qaçmaq istədiyini deyib:“O qədər bağlanmışdım ki, ayrı qala bilmirdim. Zəngləşdik. Ona qorxduğumu, bu işin axırının yaxşı olmayacağını dedim. Birlikdə Rusiyanın Samara şəhərinə qaçmağı təklif etdim. Atam orda yaşayırdı. Nigar xaricə getmək üçün pasportunun olmadığını, həm də uşaqlarını burada qoyub getmək istəmədiyini dedi. Dedim, uşaqları da götür. Bakıya gəldim. Biletlərin qiymətini öyrəndim, bir də bildim ki, uşaqların getməsi üçün atanın razılığı olmalıdır. Həmin gün axşam Nigara telefonda dedim ki, uşaqları apara bilməyəcəyik. 3-4 gün keçdi. Nigar zəng elədi ki, Məhəmməd onu kəmərlə döyərək boğmaq istəyir. Nigar əriylə danışmamı istədi. Axşam toydaydım. Dedim toydan çıxıb gələcəm. Toya gəldim, spirtli içki qəbul elədim. Öz evimizə qayıtdım. İnəkləri yerbəyər elədim. Toya qayıdacaqdım”.“Anamı, var-yoxumu söydü”Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib: “Evdən çıxanda Nigar zəng elədi ki, işdəyəm, səni görmək istəyirəm. İşin yanına gəldim, orda 1 otaqlı ev vardı. Orda görüşdük. Doyunca öpüşüb, qucaqlaşdıq. Axşam əriylə danışacağımı dedim. Toya qayıtdım. Bir az da içdim. Məhəmmədgilin evlərinə tərəf getdim. Hər ehtimala qarşı, maşından bıçağı götürdüm. Darvazanın yanına çatanda Məhəmməd başladı anamı, var-yoxumu söyməyə. Özümdən çıxdım, bıçaqla onu vurdum. Onu heç zaman öldürmək niyyətim olmayıb. Nigarı sevirdim. Peşmanam”.Prosesdə şahid qismində dindirilən Nigar 2003-cü ildə Məhəmmədlə ailə qurduğunu, bu nikahdan bir qızı, bir oğlu olduğunu deyib: “Məhəmməd xalam oğludur. Ailələrin istəyilə evləndik. Hər ikimiz işləyib, ailəni dolandırırdıq. Məhəmməd bir müddət dəyirmanda işlədi. Orada Səmədlə tanış oldu, dostluq etməyə başladılar.Sonra Səməd taksi sürücüsü kimi işləməyə başladı. Məhəmmədlə hər ikimiz işdə olduğumuzdan uşaqları məktəbə aparıb-gətirə bilmirdik. Məhəmməd Səmədə aylıq 30 manat verirdi ki, uşaqları məktəbə aparsın. Sonradan mənə taksi lazım olanda Səmədə deyirdik. Hər gün Səmədlə harasa iş dalınca gedirdik. Bir gün Səməd yolda məndən xoşu gəldiyini, sevdiyini dedi. Tutulub qaldım. İlk vaxtlarda Səmədin bu təklifinə danışığına dərhal mənfi cavab verirdim. Məndən uzaq durmasını tələb edirdim. Ailəmə söz-söhbət düşməsini istəmirdim. Ərimin ona dost kimi yanaşdığını unutmamasını, ərimi sevdiyimi deyirdim. Səməd bunlara əhəmiyyət vermədi. Qorxumdan bu barədə heç kimə heç nə demirdim. Səmədin münasibəti getdikcə dərinləşməyə başladı. Hətta mənə başqasının maşınına minməməklə, telefon zənglərinə tez cavab verməsi ilə bağlı tələblər irəli sürdü. Səməd məni qısqanmağa başladı, geyimimə qarışırdı. Bir müddət sonra özümdə də Səmədlə gizli münasibət qurmağa həvəs hiss elədim. Səmədlə dəniz kənarına getdik. Heç kim şübhələnməsin deyə yanımda qızımı aparırdım. Görüşlərin əksəriyyətində Səmədlə dəfələrlə cinsi əlaqədə olurduq. Qızım olduğu vaxtda da onu tək qoyub, kənarda sevişirdik”.“Qayınanam boşanmağımızı istədi”Nigar bildirib ki, əri bir müddət sonra onların münasibətindən şübhələnib: “Məhəmməd Səmədə tapşırmışdı ki, məni və uşaqları bir daha maşına mindirməsin. Amma mən də Səmədə bağlanmışdım. Tez-tez gizlicə kanalın yanında görüşüb, maşının içində sevişirdik. Bu söhbətdən 1 ay sonra qohumum Ramiz məsələdən xəbər tutaraq, Səmədlə bu barədə söhbət elədi. Səməd yaman qorxmuşdu. Gəlib Məhəmmədə danışdı ki, mənimlə arasında heç bir əlaqə yoxdur. Məhəmməd məsələni araşdıracağını, belə bir şey olacağı təqdirdə ikimizi də öldürəcəyini dedi.Söhbətdən sonra qayınanam da məsələyə qarışdı. Evdə qırğın düşdü. Qayınanam boşanmağımızı istədi, Məhəmməd isə balaca uşaqlarımız olduğu üçün boşanmaq istəmirdi. Bu söhbətlərdən sonra yenə də Səmədlə münasibətlərimiz davam edirdi. Səməd Rusiyaya qaçmağı təklif elədi. Uşaqlarımdan ayrı qalmaq istəmirdim. Amma onları aparmaq mümkün olmadı. Atasının icazəsi lazım idi”.“20 dəqiqə onunla sevişdik”Şahid ifadəsində qeyd edib ki, hadisə günü Səməd içkili olub: “Səmədlə telefonla danışdıq, ümumi söhbətlər etdik. O, məni necə sevdiyini izah edib, həmişəki kimi imkan tapıb görüşməyi təkid edirdi. Axşam kəndlərində toy vardı. Mən də işə gedirdim. Dedi ki, niyə tək gedirsən, uşağı götür get. Yoxsa gəlib məni işdə biabır edəcəyini dedi. Axşam saat 6 olardı. Yenə Səməd zəng elədi. Sərxoş idi. Puluyla ona toyuq satmağımı istədi və sexə gələcəyini dedi. İçkili olduğu üçün iş yerinə gəlməsini istəmirdim. Müdirim də sexdə idi, biabır olacağımdan qorxurdum. Ona görə, kəndçimiz olan bir qadının evində görüşdük. 20 dəqiqə ərzində onunla sevişdik, söhbətləşdik. Sonra sexə qayıtdım. Səməd qayıdıb toyda yenə içibmiş. Gecə zəng elədi ki, görüşək. Bunun mümkün olmayacağını dedim. O, bizə gələrək məni, ərimi və özünü öldürəcəyini dedi. Əvvəlcə inanmadım, dedim sərxoşdu. Sonra qızımla Məhəmməd evə gəldi. Həyətdə işlərini görürdü. Gecə saat 12-yə qalırdı. Qəfildən Məhəmmədin səsi gəldi. Tez pəncərədən aşağı baxdım, gördüm ki, Səməd əlində bıçaqla Məhəmmədi vurur. Uşaqlar da pəncərədən baxırdı. Mən də, uşaqlar da nə qədər yalvardıq, Səmədə mane ola bilmədik. O, bıçaqla bir neçə dəfə Məhəmmədi vurdu. Sonra həyətdən çıxıb qaçdı. Aşağı düşdük. Qohum-qonşu yığıldı, Məhəmməd öldü”.***Hakimlər kollegiyasının hökmü ilə Səməd Dəmirov 18 il müddətinə azadlıqdan məhrum edilib.(Lent.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler