Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Qızıl top”a namizedlerin tam siyahısı elan edildi

25 Ekim 2016

7:16 am


25/10/2016 [11:12]: xeber –
Fransanın “France Football” jurnalı mövsümün ən yaxşı oyunçusuna təqdim edilən “Qızıl top” mükafatına namizədlərin tam siyahısını dərc edib. sayt Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə oktyabrın 24-də nəşrin saytında məlumat yayılıb.  Gün ərzində jurnal müəyyən zaman fasiləsilə beş namizədin adını dərc edib. Nəticədə siyahıya 30 namizəd daxil edilib: Serxio Aquero, Kevin De Bruyne (hər ikisi “Mançester Siti”dən), Pyer-Emetik Obameyyanq (“Borussiya” Dortmunt), Qaret Beyl, Kriştianu Ronaldu, Toni Kroos, Luka Modriç, Pepe, Serxio Ramos (hamısı “Real”dan), Canluici Buffon, Paulo Dibala, Qonsalo İquain (hamısı “Yuventus”), Dieqo Qodin, Antuan Qrizmann, Koke (hamısı “Atletiko”), Zlatan İbragimoviç, Pol Poqba (hər ikisi – “Mançester Yunayted”), Andres İnyesta, Lionel Messi, Neymar, Luis Sauares (hamısı “Barselona”dan), Robert Levandovski, Tomas Müller, Manuel Noyer, Arturo Vidal (hamısı “Bavariya”), Uqo Lyoris (“Tottenhem”), Riyad Marez, Ceymi Vardi (hər ikisi “Lester Siti”), Dimitri paye (“Vest Hem”), Ruy Patrisiu (“Sportinq Lissabon”).Mükafatın hazırkı sahibi “Barselona” və Argentina yığmasının hücumçusu Lionel Messidir.  


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler