Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qızıl süretle ucuzlaşır…

04 Ekim 2016

2:28 pm


04/10/2016 [18:24]: xeber –
Dolların dünya valyuta birjalarında əsas valyutalara nisbətən sürətlə bahalaşması və enerji bazarlarında da neft qiymətlərinin dəyər qazanması qızıla olan tələbatın azalmasına səbəb olur.Bazar ertəsi Amerikanın sənaye sektoru ilə bağlı iqtisadi göstəricilərin gözlənilənlərdən yaxşı açıqlanması dolların dünya birjalarında qiymətinin və OPEC-in gündəlik neft hasilatının dondurması üçün siyasi səyləri isə enerji bazarlarında neft qiymətlərinin bahalaşmasına təsir edir. Neft qiymətlərinin bahalaşması, öz növbəsində,  son illərdir aşağı neft qiymətləri fonunda aşağı inflyasiyadan əziyyət çəkən ABŞ-da FED-in faiz artımı ehtimallarını da artırır və nəticədə dolların daha da bahalaşa biləcəyi ehtimalları güclənir. Qızıl qiymətinin dünya bazarlarında əsasən dollar ilə ticarət olunduğu üçün dolların qiymətində bahalaşma qızılın qiymətinə də mənfi təsir edir. Əlavə olaraq bu həftə ABŞ-ın əmək bazarı ilə bağlı önəmli statistik məlumatların da açıqlanması gözlənilir.Bütün bunlar fonunda isə son 1 həftədir qızılın qiymətində eniş trendi müşahidə edilir. Qızılın bir unsiya üzrə qiymətinin texniki mənzərəsini təhlil edən teyderlər son bir aydır 1302.37$-ın aşağı istiqamətdə qırılmasını gözləyirlər ki, bunun nəticəsində eniş trendinin sürətlənməsi gözlənilən idi. Artıq cari həftə ərzində 1281.17$-a kimi 4.7% ucuzlaşan qızılın bir unsiya üzrə qiyməti əlavə olaraq 1259.96$-a kimi də ucuzlaşa bilər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler