Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Qızıl qaya”nın “ağ su”yu… -Fotolar

17 Ağustos 2016

6:16 pm


17/08/2016 [22:12]: xeber –
İndiyə qədər “ağ su”yun, “qara su”yun olduğunu ancaq nağıllarda eşitmişdim, oxumuşdum. “Göyçək Fatma”nın nağılında qeybdən gələn xeyirxahlıq mələyi Fatmaya qabağına çıxan ağ suda çimməyi, qara suyla saçını, qaşını, kipriklərini yumağı tapşırmışdı. İndiyəcən də elə bilirdim ki, rəngli sular ancaq nağıllarda olur. Ancaq bu günlərdə öyrəndim ki, Bakı-Gəncə yolunun Kürdəmir ərazisində yerləşən “Qızıl qaya” restoranına da “ağ su” gəlir. Bəlkə də Bakıdan Gəncəyə gedənlər bu məkanda olublar və söhbətin nədən getdiyini artıq anladılar. Elə isə məsələnin gerçək mahiyyətini xəbərdar olmayanlara da açıqlamaq istəyirəm. Bakıdan Gəncəyə sərnişin daşıyan avtobuslar, marşrutlar mütləq “Qızıl qaya” restoranında yarım saatlıq fasilə edirlər. Məhz bu məkanı seçmələrinin isə xüsusi bir izahı var. Çünki restoran sahibi həmin məkana Gəncədən, Gög-Göldən “ağ su” gətirir.İndi də bilməyənlər üçün bu “ağ su”, “qara su” terminlərinin açıqlamasını izah edim. O bölgənin adamları Kürdəmirin suyuna lilli olduğuna görə “qara su”, Gəncənin suyuna isə şəffaf və təmiz olduğuna görə “ağ su” deyirlər. Və əlbəttə ki, gəncələlilər məhz kürdəmirin lilli suyunu içməmək üçün bu məkanda maşınlarını saxlayıb, fasilə edirlər. “Qızıl qaya” restoranına, həmçinin  Samux rayonunun Sərkar qəsəbəsində yerləşən “Zəhra bulağı”ndan da maşınla su gətirilir. Deyilənə görə, “Zəhra bulağı”nın suyunun müalicəvi özəllikləri var. Bu su öd və mədə-bağırsaq xəstəliklərinin müalicəsində təsirlidir. Restoranda xidmət göstərənlər bildirirlər ki, nəinki Bakı-Gəncə, ümumiyyətlə Qırmızı Körpüdən başlayaraq Bakı istiqamətində fəaliyyət göstərən bütün marşrut sürücüləri və sərnişinləri fasilə etmək üçün məhz bu məkanı seçirlər. Orada olduğumuz müddətdə deyilənlərin canlı şahidi olduq. Fürsət düşmüşkən “ağ su”dan hazırlanmış çayın dadına baxdıq. Göyçək Fatmadan fərqli olaraq rəngimiz ağarmasa da, günümüz ağarmasını arzuladıq…Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler