Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

‘Qızıl Meryem”in ölümü – hebs edilen şexs sifarişi kimden aldığını dedi

30 Eylül 2016

4:20 pm


30/09/2016 [20:17]: xeber –
”Qızıl Məryəm” ləqəbli anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova və onunla birlikdə həbs edilən xalası oğlu və dostunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən Ceyhun Əsgərov ifadə verib.Məlumata görə, təqsirləndirilən şəxs qətl sifarişini mərhumun qızı Günel Hüseynovadan aldığını deyib.Prosesdə şahidlər də dindirilib.Məhkəmə prosesi oktyabrın 4-də davam etdiriləcək.Xatırladaq ki, hadisə ilə bağlı yayılan rəsmi məlumatda qeyd edilir ki, yanvarın 5-də saat 09 radələrində 1965-ci il təvəllüdlü Namet-zadə Məryam Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkar edilib.Hadisə ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.Hadisəni mərhumun qızı 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar.(Musavat.com )


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler