Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Qizi Ali Mustafayeve vermediler, elciliye atam getdi…”

13 Eylül 2017
4:51 am


[r32]
– xeber –
Axar.az-ın “Xatirə dəftəri” layihəsinin budəfəki qonağı İqtisadiyyat üzrə fəlsəfə doktoru, professor, mərhum şair Famil Mehdinin oğlu Şamil Mehdidir.
– Şamil bəy, atanızla bağlı xatirələrinizə ilk günlərdən başlamağınızı istərdim. Körpələrin yaddaşı iti olur axı…
– Uşaqlıq yaddaşıma həkk olunan ilk xatirələr atamın dərin hörmətə malik olması idi. Evdə anamın, yaşadığımız ünvanda qonşuların, iş yerində müəllim yoldaşları və tələbələrinin, Ağdamda, Şuşada qohum-əqrəbanın, həmyerlilərimizin sərhədsiz hörmətini görürdüm. Bunun bir səbəbi mənsub olduğu kökə, nəslə bağlıydısa, ikinci, əsas səbəbi özünün alicənablığı, mədəniyyəti, təvazökarlığı, həyat tərzi, sadəliyi ilə bağlı idi.
Atam əmək fəaliyyətinə “Bakı-Baku” qəzetində başlayıb, qısa müddətdən sonra Bakı Dövlət Universitetində (o vaxt Azərbaycan Dövlət Universiteti) davam edib və ömrünün sonuna qədər özü yaratdığı kafedraya rəhbərlik edib. Eyni zamanda, 1959-cu ildən SSRİ Yazıçılar İttifaqının üzvü idi. Universiteti də, Yazıçılar İttifaqını da özünə doğma məkan bilirdi. Səhər tezdən, məni və qardaşımı məktəbə qoyub universitetə işə gedərdi. Günorta saat 4-5-də evə gələr, gecə saatlarına qədər kabinetində işləyərdi. Televizora nadir hallarda baxardı, xəbərlərlə maraqlanardı.
– Yaşınızın üstünə yaş gəldikcə Famil Mehdini necə tanıdınız? Nələri gördünüz, kimləri tanıdınız atanızın ətrafında? Onunla dost ola bildinizmi?
– Yetkinlik yaşlarında atamın yeni xüsusiyyətlərini görməyə başladım. Şəxsən özünə ziyan olsa da prinsipiallığını, heç vaxt yalan danışmadığını, yaşından asılı olmayaraq ahıla, uşağa hörmətlə yanaşmağını və digər cəhətləri müşahidə etdim. Tanıdı-tanımadı, müraciət edənləri dinləməyinin, dərdlərinə qulaq asdığının, imkanı dairəsində yardımçı olduğunun şahidi oldum.
Sualınıza cavab verdiyim zaman ərzində nə qədər xatırlamaq istədimsə də, yadıma düşmədi ki, kiminsə haqqında mənfi fikir söyləsin və ya kimlərsə dedi-qodu eləsin. Xoşu gəlməyən şəxs haqqında söz düşəndə danışmazdı, sadəcə, gülümsəyib keçərdi.
– Yəqin, kiçik yaşlarınızda atanızla səfər yoldaşı da olmusunuz.
– Tez-tez Qarabağda, digər bölgələrdə keçirilən müxtəlif bədii-kütləvi tədbirlərə bizi də aparırdı. Bu tədbirlərdə canlı klassikləri – Mirzə İbrahimovu, Əli Vəliyevi, Bayram Bayramovu, İsmayıl Şıxlını, Süleyman Rüstəmi, Nəbi Xəzrini, Sabir Əhmədlini, Bəxtiyar Vahabzadəni və digərlərini görürdüm, söhbətlərini dinləyirdim. Yeri gəlmişkən, mənim adımı Bayram müəllimin təklifi ilə qoyublar.
– Demək, yaşıdlarınızdan fərqli olaraq, məşhur yazarlarla kiçik yaşlarınızdan görüşmüsünüz.
– Bəli. Atamın mənsub olduğu yaradıcı nəsildən Tofiq Bayram, Məmməd Araz, Xəlil Rza, Əli Kərim, Əlfi Qasımov və b. ilə müxtəlif tədbirlərdə rastlaşırdıq.
Universitetdə çalışan Şirmməmməd Hüseynov, Nəsir İmanquliyev, Nurəddin Babayev, Qulu Xəlilov, Tofiq Hacıyev, Pənah Xəlilov, Mahal Məmmədov və digərləri ilə ailəliklə münasibətlər var idi, istirahətə birgə gedərdik. O zaman keçirilən 1 may və 7 noyabr bayram paradlarında jurnalistika fakültəsinin müəllim və əməkdaşları ilə birlikdə mən, qardaşım, bacım da iştirak edərdik.
Xudu Məmmədov və Rafiq Əliyevlə görüşləri də yaddaqalan hadisələrdən olardı. Bu görüşlərdə olan söhbətlər əsl həyat məktəbi sayıla bilər. Çox sonralar, 1987-ci ildə mən Rafiq müəllimin qızı Kəmalə ilə ailə qurdum və nişan məclisində xeyir-duanı Xudu Məmmədov verdi, toy məclisini isə sevimli şairimiz Şahmar Əkbərzadə idarə etdi.
O zaman gənc şairlər – Ramiz Rövşən, Nüsrət Kəsəmənli, Vaqif Bayatlı, Sabir Rüstəmxanlı və b. haqqında ilk dəfə atamdan eşitmişdim. Deyirdi, yaxşı nəsil şairlər yetişir, hamımızı üstələyəcəklər. Səbəbini də deyirdi – çünki müstəqildirlər, asılı deyillər.
– Qarabağ nisgilini necə yaşadı?
– Bu suala cavab vermək çox çətindir. Bəlkə də bu sual belə səsləndirilməlidir: Qarabağın işğalından sonra Famil Mehdi yaşadımı? 1987-ci ilin sonunda başlayan Qarabağ hadisələri yüzminlərlə insan kimi, atamın da həyatını iki hissəyə – Qarabağ faciəsinə qədərki və sonrakı dövrə böldü.
1988-ci ilin fevralından ilk kütləvi xalq etirazları başlayandan 1993-cü ilin avqust-senyabr ayınadək bir gün belə rahatlıq tapmadı. Bir çox ziyalıların iştirakı ilə “Nicat” cəmiyyəti təsis etmişdi. Günlərlə, aylarla rayonlarda, kəndlərdə olurdu, orada yaşayan əhali ilə görüşürdü, özünümüdafiə batalyonlarının yaradılmasına, silah-sursatla təmin olunmalarına, yaralı və şəhid ailələrinə yardımın təşkil edilməsinə yardım edirdi.
Məcburi köçkün və qaçqınların yerləşdirilməsində, məskunlaşmasında olmazın əziyyət çəkdi. Hətta o vaxtkı daxili işlər naziri Milli Məclisin iclasında “Famil Mehdi şəhərdə qarşıdurma, gərginlik yaradır” bəyanatı vermişdi. Buna baxmayaraq, hər şeyini itirmiş insanların yerləşdirilməsinə yardım edirdi.
Qarabağda itirilmiş ərazilərin tezliklə geri qaytarılmasının yaxın vaxtlarda mümkün olmayacağı aydın olandan sonra atamın üzü gülsə də, ürəyi gülmədi.
Hamı kimi arzusunda olduğu Arazın o tayını, Təbrizi ilk dəfə ziyarət edəndə sevinirdi. Qardaşım Nərimanın oğlunun doğulması, bacım Yeganənin övladlarının dünyaya gəlməsi, böyük nəvələrinin təhsildəki nailiyyətləri əhval-ruhiyyəsinə müsbət təsir edirdi. Lakin bu sevinc epizodik olurdu və Qarabağ yaralarını sağalda bilməzdi. Səhhəti ilə bağlı həkimlərə müraciət edərkən müayinə vaxtı yaşını soruşanda onlarda təəccüb yaranırdı. Deyirdilər ki, olduğundan 10-15 yaş daha yaşlı görünür.
2003-cü ilin yayında, həyatının son aylarında 11 illik fasilədən sonra “Dillən professor, utanma, dillən” son şeirlər kitabını nəşr etdik. Kitabın çapı əhvalını bir xeyli yaxşılaşdırmışdı. Bir xeyli müddət avtoqrafların yazılması və kitabların paylanması ilə məşğul oldu.
– Ətrafında çox dəyərli, böyük yazarlar olub, onlarla dostluq edib, heç olubmu ki, bədxahları bu dostluğa ləkə salmaq istəsin və bacarsın?
– Atam epidemiya halına gələn yerlibazlıq, dəstəbazlıq xəstəliyindən uzaq idi. İntriqalara, dəstələrə baş qoşmazdı. Əminliklə deyə bilərəm: elə bir adam tapılmaz ki, atamın ona qarşı ədalətsiz, haqsız hərəkət etdiyini deyə bilsin.
İnsanlara şəxsi keyfiyyətlərinə görə qiymət verdiyi üçün onların haralı, kimin adamı olması və s. bu kimi kriteriyalar onu maraqlandırmırdı. Yeri düşəndə deyirdi ki, yerlibazlıq, dəstəbazlıq bu xalqı məhv edəcək.
– Bəs ailə başçısı olaraq necə idi? Sizə, ailəyə vaxt ayıra bilirdimi?
– Atam üçün ailə prioritet məsələ idi. Nə qədər məşğul olsa da, ailə məsələlərinə həmişə vaxt tapırdı. Ailənin nədənsə korluq çəkməsinə imkan verməzdi. O dövr üçün əmək haqqı yüksək idi – 550 manat maaş alırdı. Ondan başqa qəzet, jurnallarda çıxan məqalə və yazıların ödənişləri kifayət qədər yüksək idi. Demək olar ki, hər il kitabı nəşr olunurdu və ən azı 10-12 min manat qonorar alırdı. Ona görə də maddi tərəfdən ailə tam təmin olunurdu.
Yay tətilində ailəliklə SSRİ-nin gəzməli, istirahət etməli yerlərinə – Moskvaya, Leninqrada, Kiyevə, Yessentukiyə, Kislovodska gedərdik. Amma dərslər başlayana qədər qalan vaxtı kənddə – Ağdamda olurduq. İmkan düşən kimi Şuşaya, Turşsuya, Qırxqıza qalxardıq. Kəlbəcərin İstisuyuna, Taxtasına, Dəlidağına səfər edərdik.
Coğrafiya dərsində adlarına rast gəldiyimiz dağ silsilələrinin, çayların, göllərin, düzənliklərin, demək olar ki, hamısını öz gözlərimizlə görmüşdük. Yaşa dolduqca anlayırdım ki, atam çalışırdı bizə Vətənin nə olduğunu başa salsın, torpağa bağlılıq yaratsın. Bu xüsusiyyət onun milliliyindən irəli gəlirdi. Onda Azərbaycanın istənilən bölgəsinə böyük məhəbbət vardı.
Bu səfərlərdə yaddaşımda qalanlardan biri də orada yaşayan, tanımadığı insanlarla necə rahat ünsiyyət qurması idi. Zəhmətkeş insanlara böyük hörmətlə yanaşırdı, qarşılığında da eyni münasibət görürdü. Ehtiyac olub-olmamasından asılı olmayaraq, yol qırağında vedrə ilə meyvə-tərəvəz, giləmeyvə satanlardan (onlar da əsasən qadın və uşaqlar olardı) qiymət danışmadan bazarlıq edərdi. Anam alınan malların çəkisinin çox olmasına görə etiraz edəndə deyərdi ki, əziyyət çəkiblər, qoy könülləri xoş olsun.
– Dövr o dövr idi ki, senzura, təqib, təhdid, ehtiyatlı olmaq insktinkti və sair vardı. Heç təzyiqlərə məruz qalmışdımı?
– Kənarda baş verənləri ailəyə hiss etdirməzdi. Ən uzağı anama nə isə bildirərdi. Ancaq xatırlayıram ki, 70-ci illərin ortasında “İnsan unudulmur” poemasına görə bir neçə il təzyiqə məruz qaldı. Sonralar bu barədə xatirə-romanında oxudum.
– Gənclərə xüsusi qayğısı, diqqəti olub. Onlara görə olubmu ki, kimlərləsə üz-üzə gəlsin, haqqı nahaqqın ayağına vermədiyinə görə əl-ayağına dolaşsınlar?
– Atamın gəncliyi ağır keçib. Özü bu barədə xatirələrində yazıb. Ana tərəfdən qohumları repressiya olunub, doğma yurdlarından – Ağdamın Əhmədavar kəndindən pərən-pərən salınıb. Babası və iki cavan dayısı – biri 26 yaşında, diğəri 19 yaşında dünyalarını dəyişiblər. İşğala qədər babasının ikimərtəbəli evində 8 illik məktəb fəaliyyət göstərirdi. Birinci sinfə də bu məktəbdə başlamışdı. Atam deyirdi ki, müəllimlərin hamısı mənə hörmətlə yanaşırdılar, hətta bəziləri imkan düşəndə qulağıma pıçıldayırdılar ki, bil ha, bura sənin baba evindir.
Həm də uşaqlıq, gənclik dövrü müharibə və sonrakı ağır illərə təsadüf edib. Mənəvi və maddi sıxıntının nə olduğunu kitablardan yox, yaşadığı həyatdan bilirdi.
Elə buna görə də cavanlığından qohumlara, qonşulara, tanıyana da, tanımayana da güvənc yeri idi. Müraciət edəni ümidsiz yola salmazdı, imkan dairəsində yardım edərdi. Etdiklərinə heç vaxt təmanna güdməzdi. Professor Cahangir Məmmədlinin mənə dediyi kimi, onun toyu bizim evimizdə atam tərəfindən təşkil olub. Rəhmətlik Alı Mustafayevin bir neçə dəfə rədd cavabı veriləndən sonra elçiliyinə atam gedib və məsələ həll olunub.
– Ola bilməz ki, sizin ondan, onun da sizdən və başqalarından incimədiyi anlar olmasın. Mümkünsə, bu barədə də danışın.
– Məişət səviyyəsində kimdənsə incidiyi yadıma gəlmir. Olsa da, gözləntilərinin doğrulmaması səbəbindən ola bilərdi. Mənimlə bağlı bir neçə məqamda inciklik olmuşdu. Universitetdə tələbəykən xəbər tutdu ki, siqaret çəkirəm. Məndən xahiş etdi ki, tərgidim və söz verim ki, bir daha siqaret çəkməyəcəyəm. Mən də söz verdim, amma dərhal əməl edə bilmədim, bir neçə il keçdi. Bu müddət ərzində hiss edirdim ki, inciyir sözünü yerə saldığıma görə, ancaq üzə vurmurdu.
İkinci belə məqam, elmlər namizədi dissertasiyasının müdafiəsi ilə bağlı idi. Məsləhət gördü ki, müdafiəni vaxtında edim, sonraya saxlamayım. 1991-ci il idi, ölkədə ciddi proseslər gedirdi, böyük dəyişikliklər başlamışdı. Bunları əsas gətirib, bir az gözləmək qərarına gəldiyimi dedim. Heç nə demədi, amma hiss etdim ki, inciyir. Hadisələrin sonrakı gedişatı da göstərdi ki, nə qədər haqlıymış. Yalnız 2008-ci ildə namizədlik dissertasiyasını müdafiə etdim.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler