Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Qiymet artımına göre hökumete minnetdar olmalıyıq, çünki…”

15 Temmuz 2016

8:48 am


15/07/2016 [12:42]: xeber –
Suyun qiymətinin ardınca
elektrik enerjisinin satış qiymətinin artırılması media və sosial şəbəkələrdə
ciddi müzakirəyə səbəb olmaqdadır.

Maraqlıdır, kommunal xərclərin
artırılması xalqa nə vəd edir? Niyə bu cür artımlar ciddi etirazlara səbəb olmur? Xalqın göstərdiyi bu “dözümün” sirri nədir?

sayt-a açıqlama
verən ADR sədrinin müavini Səxavət Əlisoy məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Bu ölkədə təkcə fəhlələr
dözümsüzdür. Onların
maaşını kəsəndə hay-küy salır, hökumətə etiraz edirlər. Qalan zümrə artıq
taleyi ilə barışıb, başını aşağı salıb gününü keçirir. Hökumətin bu tipli
bahalaşmalarına öncə ziyalılar münasibət bildirməlidir. Onlar hər zaman olduğu
kimi fəhlələrin arxasında gizlənməyi sevir. Azərbaycan ziyalısının etiraz hissi
öləziyib. Sabah, hökumət müəllimlərin və həkimlərin maaşını 50 faiz azaltsa,
düşünürsünüz ki, onlar etiraz edəcək? Hökumət lap belə 3 ay bu zümrənin maaşını
verməsə belə, kimsə səsini çıxarmayacaq. Hökumətdən aldığı
maaş bir ayın on gününü adam kimi
yaşamağa yetən, qalan 20 günü də it günündə yaşamamaq üçün mücadilə aparan, min türlü oyunlara əl
atan zatdan
heç nə gözləməyə dəyməz. Odur ki, nəinki elektrik enerjisinin, cümlə kommunal
xərclərin qiyməti artırılsa da etiraz-filan gözləmək əbəsdir. Hökumətə minnətdar
olmaq lazımdır ki, humanistlik edərək, kommunal xərclərin, nəqliyyat xərclərinin
qiymətini 5-10 dəfə artırmır. Deqradasiyaya məruz qalmış cəmiyyətlərdə, hökumət
nəsə verdiyinə görə minnətdarlıq edirlər. Verməyə də bilər axı”.

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler