Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Qiymet artımı iddiaları qızışdırıcı qüvvelerin emelidir”

05 Ağustos 2016

9:56 am


05/08/2016 [13:54]: xeber –
Su və çörəyin qiymətinin
artırılmasından sonra yaxın gələcəkdə 
digər kommunal xidmətlərin, benzinin, ərzaq məhsullarının qiymətinin
bahalaşacağı ilə bağlı ölkə mediasında çoxsaylı informasiyalar yer almaqdadır. Maraqlıdır,
qiymət artımı ilə bağlı ehtimalların səhih xəbərlər kimi qəzet və saytlara
daşınması nə dərəcədə doğrudur?

Bununla bağlı
sayt-a açıqlama verən millət vəkili Siyavuş Novruzov bunun təxribatçı
qüvvələrin əməli ola biləcəyini vurğuladı:

“Ola bilsin ki, bu,
qızışdırıcı qüvvələrin işidir. Hesab edirəm ki, olmayan şeyin ortaya atılması,
cəmiyyətda narahatlığın yaradılması müəyyən qüvvələrin əməli ola bilər.

Azərbaycanda qiymət
artımı ilə məşğul olan qurum Tarif Şurasıdır. Qiymət artımı Tarif Şurası tərəfindən
həyata keçirilir və bu zaman bir sıra amillərə – dünya və yerli bazarın vəziyyəti,
əhalinin gəlirləri, sosial problemi olan insanların vəziyyəti və s. nəzərə
alınır. Bütün bu amillər ətraflı təhlil olunandan sonra müvafiq qərar qəbul
edilir. Odur ki, Tarix Şurasının müvafiq qərarı olmadan qiymət artımı ilə bağlı
bu cür fikirlərin səsləndirilməsi məntiqli deyil”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler