Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qiyamet günü baş verecek  – DƏHŞƏTLİ HADİSƏLƏR  

19 Ağustos 2016

3:16 pm


19/08/2016 [19:15]: xeber –
Qiyamət günü haqqında tez-tez müxtəlif fikirlər eşidirik, özümüzdən böyüklərə qiyamətlə bağlı müxtəlif suallar veririk və ya əksinə olaraq özümüzdən kiçiklərdən suallar eşidirik.Bəs görəsən, qiyamət nə vaxt qopacaq, qiyamət günündən əvvəl və sonra nələr baş verəcək? Lüğətdə “əyilmək, ayağa durmaq, dayanmaq və canlıların Allah hüzurunda hörmətlə dayanacaqları gün” mənalarına gələn qiyamət dini anlayışa görə, Uca Allahın əzəldən təqdir etdiyi zaman gəldikdə dünyadakı bütün canlıların ölmələri və bu dünyadakı həyatının başa çatmasıdır.Quranda qiyamətin mütləq baş verəcəyi və o günün yaxın olduğu (İsra, 17/51), eləcə də şiddət və dəhşətləri haqqında məlumat verilir. Ayın və Günəşin bir araya gələcəyi, insanın qaçacaq yer axtaracağı, qiyamətin ard-arda iki dəfə baş verəcəyi, süd verən anaların belə körpələrini atacağı, göyün yarılacağı, ulduzların töküləcəyi, insanın ana-atasından, arvad-uşağından qaçacağı, dağların ağ rəngli pambığa bənzəyəcəyi, hər kəsin etdiyinin qarşılığını alacağı, dünyadakı bütün canlılarla birlikdə ulduzların, planetlərin, qalaktikaların, qısaca desək, göydə və yerdə nə varsa, hamısının məhv olacağı deyilir. O da bildirilir ki, Qiyamət İsrafil adlı mələyin “Sura” tütəyini üfürməsiylə başlayacaq. Buna nefha-i ula deyilir. Bunun baş verməsi üçün yer üzündə heç bir yaxşı insanın qalmaması lazımdır. Bununla bağlı bir hədisdə belə buyurulub: “Qiyamət ancaq pis insanlar və kafirlər üçün qopacaq”. (Müslim, Fitən, 131)İsrafil ikinci dəfə “Sura” üfürdükdə isə bütün insanlar yenidən diriləcəklər. Buna da ikinci nefha deyilir.Qiyamətin nə vaxt qopacağı isə məlum deyil. Ancaq Hz. Peyğəmbər (s.a.s) onun baş verəcəyi vaxta işarə edən bəzi mühüm hadisə və əlamətlər haqqında məlumatlar verib.Bu işarələr böyük və kiçik olmaqla iki kateqoriyada göstərilib.Qiyamətin kiçik əlamətləri kimi din və etiqad haqqında məlumatsızlığın çoxalması, içki içənlərin artması, fitnə, qətl və çaxnaşmanın çoxalması, maddi rifahla birlikdə israfçılıq və nankorluğun artması, Allah rizası yerinə çıxar və mənafelərin ön plana çıxması kimi hadisələri saymaq olar. Böyük əlamətlər isə bu hədisdə bildirilib: “On əlamət meydana gəlmədikcə qiyamət qopmaz. Deccalın zühuru, Hz. İsanın yer üzünə enməsi,  Yecuc və Mecucun zühuru, Dabbetül Arzın zühuru, günəşin qərbdən doğması, yerin şərqdə, qərbdə və Ərəbistan yarımadasında meydana gəlmək üçün batması, duman və Ədən çuxurundan çıxan, insanları məhşər ayağına itələyəcək bir atəşin zühuru”.Bu hədisdə sadalanan əlamətlərin bir qismi, eyni zamanda Quranın müxtəlif ayələrində də mövcuddur. “O saat (qiyamət saatı) mütləq gələcək” (Taha surəsi, 15) “Göy yarılacaq və həmin gün o, süst olacaq” (Haqqə surəsi, 16)“Ulduzlar səpələnəcəyi zaman…” (Təkvir surəsi, 2)“Günəşlə ay birləşəcəyi zaman…” (Qiyamət surəsi, 9)“Dənizlər od tutub yanacağı zaman…” (Təkvir surəsi, 6)“O gün yer və dağlar lərzəyə gəlib titrəyəcək, dağlar yumşaq qum təpəsinə dönəcək” (Müzzəmmil surəsi, 14)“Dağlar isə didilmiş yun kimi olacaq” (Qarisə surəsi, 5)“Elə ki, yer lərzəyə gəlib parça-parça olacaq…” (Fəcr surəsi, 21)“Yer öz yükünü çıxardıb atacağı zaman…” (Zəlzələ surəsi, 2)Bunlar qiyamət günü baş verəcək dəhşətli hadisələrin bəzisidir. Həmin gün insanın dünyada dəyər verdiyi hər şey məhv olacaq, hamı Allahın rizası üçün edilən saleh əməllərdən başqa heç nəyin qiymətinin olmadığını anlayacaq.Qiyamət günü, həmçinin məzarların içindəki ölülər belə canlanıb çölə çıxacaq. Rumiyyə 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler