Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Qiyamçıların Azebaycandan sığınacaq isteye bileceyini düşünmürem”

20 Temmuz 2016

2:08 pm


20/07/2016 [18:04]: xeber –
Qərb mətbuatı Türkiyədə
qarşısı alınan hərbi çevriliş cəhdində iştirak edən təxminən 100 min nəfərə qədər
şəxsin rəsmi Ankaranın təzyiqindən yaxa qurtarmaq üçün müxtəlif dünya dövlətlərinə
axın edəcəyini bildirib.

Maraqlıdır, Türkiyədə baş
verən olaylarla əlaqədar olaraq Azərbaycanda təhlükəsizlik tədbirləri gücləndirilməlidirmi?
Həbs və edam təhlükəsindən qurtulmağa çalışan bu şəxslərin bəlli bir qisminin
Azərbaycana sığınması mümkündürmü?

sayt-a açqlama
verən “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini,
politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev bu qüvvələrin
Azərbaycana sığınacağı ehtimalının aşağı olduğunu vurğuladı:

“Bu məsələ Avropa
İttifaqının verdiyi bəyanatlardan sonra gündəmə gəldi. Aİ bəyanat verib ki, 13
min insanın bir gündə işdən çıxarılması, 6 min nəfərin həbsi qabaqcadan
hazırlanmış və konkret siyahı əsasında həyata kçeirilən tədbirlədir.

Təbii ki, bu cür çevriliş
cəhdindən sonra çevrilişdə iştirak edən qüvvələr həbs və təzyiqlərə məruz qalır.
Bu səbəbdən də onlar Türkiyəni tərk etməyə məcbur olacaqlar. Bu baxımdan Qərb mətbuatının
dediyində həqiqət var. Türk diasporası bütün dünyaya yayılıb. Məhz bu baxımdan
hesab edilir ki, qiyamçılar müxtəlif dövlətlərə yayıla bilərlər.

Düşünmürəm ki, bu gün
türk hakimiyyətinə qarşı çıxan, türk dövlətçiliyinə qarşı çıxan hər hansı bir
qüvvə məhz Azərbaycanda gəlib məskunlaşa bilər, yaxud Azəbaycandan sığınacaq
istəyə bilər. Çünki Azərbaycanın Türkiyə ilə ciddi qardaşlıq münasibəti var. Bunları
başa düşşən şəxs və ya şəxslərin Azərbaycandan sığınacaq istəməsi iandırıcı
deyil. Ola bilər ki, Azərbaycandakı bəzi türk şirkətlərində kimlərsə müxtəlif
adlar altında diqqətdən yayınmağa çalışsın. Lakin belə bir hal olarsa heç şübhəsiz
ki, Azərbaycanın xüsusi xidmət orqanları lazımi addımları atacaq”.

 

Seymur Əliyev

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler