Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qiyamçılar Ərdoğanı getiren teyyareni niye vura bilmediler? -Sensasion teferrüat

16 Ağustos 2016

8:36 am


16/08/2016 [12:35]: xeber –
Türkiyədə  15 iyul dövlət çevrilişi cəhdi zamanı  qiyamçı hərbçilərin prezident Rəcəb Tayyib  Ərdoğanı aparan təyyarəni niyə tapa bilmədikləri açıqlanıb. Türk Hava Qurumunun rəhbəri Kürşat Atılgan  TRT-nin canlı yayımında qatıldığı bir proqramda bu məsələyə aydınlıq gətirib. Atılgan  havadakı hər təyyarənin “hava rəsmi”nin  olduğunu və ” hava rəsmi” sayəsində bağlandığı koda görə göydəki o cismin nə olduğunun məlum edildiyini deyib.”Bu “hava şəkli”  sayəsində  siz hansı təyyarənin  harada  olduğunu  bilərsiniz. Türkiyənin “hava şəkli”ni  Əskişəhər hava hərəkat mərkəzi çıxarır və bu  “hava şəklini” hərbi birliklərə göndərir. Məhz Hava Qüvvələri Komandanlığının verdiyi əmrlərdən biri “hava şəklini” heç bir hərbi hissəyə göndərməyin əmri idi. Çox kritik bir əmr idi bu. “Hava şəkli” göndərilməyəndən  sonra qiyamçılar çətin vəziyyətdə qaldı. Çünki onlar “hava şəklini” əldə etsəydilər prezidentin təyyarəsini vurmaq üçün səy göstərəcəkdilər. Bu çox əhəmiyyətli bir detaldır” deyə Atılgan qeyd edib.(Avropa.info)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler