Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qışı “qripsiz” keçirmek isteyirsinizse, oxuyun  – Faydalı 

08 Ekim 2016

6:48 pm


08/10/2016 [22:45]: xeber –
 Havanın dəyişməsi, yaşadığımız stress, yuxusuzluq və balanssız qidalanma immunitet sistemini zəiflədir. Bu səbəbdən də payızı xəstələnmədən keçirmək və qışa yaxşı hazırlaşmaq üçün immunitet sistemini gücləndirmək lazımdır.sayt payız-qış aylarını xəstəliksiz keçirmək, immuniteti gücləndirmək üçün əməl etməyiniz gərəkən 10 qızıl qayda haqqında yazı təqdim edir.  1. İmmuniteti gücləndirməyin ilk şərti düzgün qidalanmadır. Bunun üçün tam taxıl məhsullarını, karbohidratları, zülal və yağı balanslı qəbul edin. Siqaret, spirt və şəkərdən uzaq durun. Antioksidant qəbul edin, çünki antioksidantlar hüceyrəyə zərər verən maddələri yox edir. Soğan, sarımsaq, ispanaq, şüyüd, cəfəri, pomidor, gül kələmi antioksidant baxımından zəngindir. Təzə və mövsümündə meyvə-tərəvəz yeyin.2. Kifayət qədər rahat yatın: Qədərində yuxu sağlamlığımız üçün su içmək qədər əhəmiyyətlidir. Yaxşı yuxunun əsas göstəricisi adamın səhər rahat oyanması və gün ərzində özünü gümrah hiss etməsidir. Keyfiyyətsiz bir yuxu müvazinəti pozur, immunitet sisteminin zəifləməsinə səbəb olur.3. Həftədə ən az 3 gün açıq havada gəzin: İntensiv yol və çirkli qaz dumanından xilas olun və yaşıl sahələrdə yürüyüş edin. Xüsusilə açıq və təmiz havada zaman keçirmək sağlam bir orqanizm və güclü immunitet sistemi üçün olduqca vacibdir.4. Hərəkətsiz qalmayın: Kompüter qarşısında və hərəkətsiz çox vaxt keçirməyin.5. İstifadə etdiyiniz dərmanlara diqqət edin: Lazımsız dərman qəbulundan, xüsusilə gərəksiz antibiotiklərdən çəkinin.6. Nizamlı qaydada idman edin: Xəstəlikdən qorunmaq və əngəlləmək üçün idmanın çox böyük əhəmiyyəti var. Nizamlı məşq etmək immunitet sistemini qüvvətləndirir, viruslarla və bakteriyalarla mübarizəni təmin edir.7. Özünüzü həddindən artıq yormayın: Dincəlmək üçün özünüzə zaman ayırın.8. Stressdən uzaq durun, ya da stressi məğlub etməyə çalışın: Bədən stressi yox etmək üçün maddələr istehsal edir və tarazlığı tənzimləyir, bununla da immün sistemində tənəzzül meydana gəlir. Bu səbəblə stress halında hamımız daha tez-tez xəstələnərik. 9. Sevdiyiniz insanlara vaxt ayırın: Sevdiklərinizlə çox vaxt keçirin, güclü sosial əlaqələr qurun.10. Pozitiv düşünün: Müsbət düşünmək insanı fiziki və duyğusal olaraq rahatlaşdırır.Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler