Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qırmızı Xaç Komitesi: “Ermenistan Şahbaz Quliyevin sağlıq durumuna cavabdehdir”

07 Eylül 2016

12:48 pm


07/09/2016 [16:47]: xeber –
Erməni girovluğunda olan Şahbaz Quliyevin ailəsinə göndərdiyi məktubdan sonra yaxınları narahatlıq içərisindədir. Ailəsinə ünvanlandığı son məktubda biganəlikdən şikayət edən Ş.Quliyev yeni çəkilmiş fotosunu da onlara göndərib.Ş.Quliyevin bacısı oğlu Ramiz İbrahimov deyib ki, fotonu görəndən sonra dayısı barədə danışmaq çətindir. O, əlaqədar qurumların məsələyə biganəliyindən şikayətlənib. Məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az-a deyib ki, Komitə saxlanılan şəxslərə mütəmadi olaraq baş çəkir:“Onların sağlamlıq durumu və saxlanma şəraiti ilə maraqlanırıq. Ehtiyac duyulduğu zaman başçəkməyə müxtəlif mütəxəssislərdən ibarət heyət cəlb olunur. Kiminsə sağlamlıq durumu ilə bağlı ictimaiyyətə məlumat vermirik. Bu sırf əlaqədar şəxslərə açıqlanır”. Konkret olaraq Şahbaz Quliyevin sağlamlıq durumuna gəlincə, İ.Hüseynova deyib ki, saxlayan tərəf saxlanılan şəxsin sağlamlıq durumuna məsuliyyət daşıyır: “Qırmızı Xaç Komitəsi də mandatına uyğun olaraq bu məsələlərlə mütəmadi şəkildə maraqlanır. Bu, bütün dünyada belədir, təkcə hansısa hala aid deyil”. Komitə rəsmisi “saxlanılan şəxs girovluqda olan müddətdə ölərsə, buna cavabdeh olan kim olacaq” sualını belə cavablandırıb:“Dünya praktikasında göstərilib ki, girov şəxs saxlanıldığı müddət ərzində vəfat edərsə, onun hansı səbəblərdən öldüyü araşdırılır. Amma bu araşdırmanı BQXK deyil, digər qurumlar həyata keçirir”. 2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb. Onlarla birlikdə gedən Həsən Həsənov isə qətlə yetirilib.Dağlıq Qarabağda qurulan “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum ediliblər.( Modern.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler