Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Qırğızıstan” kitabı Azerbaycan diline tercüme edilmişdir

20 Ekim 2016

4:32 pm


20/10/2016 [20:29]: xeber –
Qırğızıstanda fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə Qırğızıstan Respublikası Joqorku Keneşinin (Parlamentinin) II,III, V çağırışlarının deputatı, jurnalist, politoloq, siyasi elmlər doktoru İmanəliyev Kanıbəy Kapaşoviçin “Qırğızıstan” kitabı Azərbaycan dilinə tərcümə edilmişdir.Azərbaycan oxucularına pulsuz təqdim ediləcək kitabda qırğızların tarixi, mədəniyyəti, adət- ənənələri, atalar sözləri, geyimləri, dahi şəxsiyyətləri haqqında maraqlı yazılar öz əksini tapıb. Kitabda XIX əsrə qədər xanların adları və hökmranlıq vaxtları tarixi və runa yazılarına istinadən və sanjırala görə verilmişdir. Düşünürük ki kitab Azərbaycan oxucuları tərəfindən rəğbətlə qarşılanacaq.  Qeyd edək kiKitabı Azərbaycan dilinə  Munisə Dadaş qızı tərcümə etmişdir, kitabın redaktoru tanınmış jurnalist-şair Vəli Əkbərdir Xatırladaq ki kitabın elektron versiyası  türkdilli dövlətlərin siyasətinə dəstək fondununinformasiya agentliyi olan turktoday.info saytına da yerləşdiriləcəkdir. İllüstrasiyalarla nəşr ediləcək kitabdan ədəbiyyatçıların, tarixçilərin, tələbələrin də istifadəsi nəzərdə tutulur. Bundan başqa fondun sifarişi ilə  tarix elmləri doktoru Beqaliyeva Asel Suvakunovnanın müəllifi olduğu, “1916 cı il Qırğız üsyanı” kitabının da Azərbaycan dilinə tərcüməsi başa çatmaq üzrədir.Hörmətlə, Nüsrət MəmmədovTürkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler