Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qezzafinin neft nazirinin defterinde – Şok qeydler

28 Eylül 2016

7:24 am


28/09/2016 [11:22]: xeber –
Liviyanın devrilmiş lideri Müəmmər Qəzzafi ilə bağlı yeni faktlar ortaya çıxıb. Sənədlərdə Qəzzafinin Fransanın sabiq prezidenti Nikola Sarkoziyə 2007-ci il prezident seçkilərində maddi dəstək verdiyi əks olunub. Qalmaqallı xəbərlər yaymaqla məşhurlaşan “Mediapart” saytı bu barədə Liviyanın keçmiş neft naziri, 2012-ci ildə Avstriyanın paytaxtı Vyanada naməlum şəraitdə öldürülən Şükrü Qanemə aid qeyd dəftərində məlumatlar tapıldığını vurğulayıb. Sözügedən qeyd dəftəri isə Norveçin bir şirkəti haqqında açılan korrupsiya ittihamı çərçivəsində Qanemin Hollandiyada yaşayan kürəkəninin evində aparılan axtarış zamanı aşkar edilib. Qeyd dəftərində Qəzzafinin Sarkoziyə həmin dövrdə 6.5 milyon dollardan çox yardım etdiyi qeyd olunub. Xatırladaq ki, Qəzzafinin Sarkozinin seçki kampaniyasına yardım etməsi barədə bundan öncə də xəbərlər yayılıb.(Axar.az )


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler