Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qezada yaralananların çoxu mekteblidir – Siyahı

11 Ekim 2016

7:44 am


11/10/2016 [11:42]: xeber –
Sabirabadda yük avtomobili avtobusla toqquşub.Hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralında, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb, bir azyaşlı ölüb. Ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.Faktla bağlı araşdırma aparılır.***Sabirabad rayonunda yük avtomobilinin avtobusla toqquşması nəticəsində ölən və xəsarət alanların adları məlum olub. Ölən azyaşlının 2005-ci il təvəllüdlü Həsənov Vüsal Elman oğlu olduğu bildirilir.Xəsarət alanlar 2005-ci il təvəllüdlü Həsənov Rəşad Elman oğlu, 2000-ci il təvəllüdlü Həziyeva Şəmsiyyə Qənimət qızı, 2007-ci il təvəllüdlü Ağayev Ağamirzə Mehman oğlu, 2004-cü il təvəllüdlü Əliyev Vüsal Murad oğlu, 1980-ci il təvəllüdlü Şirməmmədova Aybəniz Bəxtiyar qızı, 1999-cu il təvəllüdlü Həziyev İlham Rəhman oğlu, 2002-ci il təvəllüdlü Mirzəyev Rəhman Əziz oğlu, 1964-cü il təvəllüdlü Balakişiyev Vahid Bəxtiyar oğlu, 2005-ci il təvəllüdlü Mehdiyev Rüfət Samir oğludur.Onlardan üç nəfərə ambulator yardım göstərilib, əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.Qeyd edək ki, hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralında, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində qeydə alınıb.Faktla bağlı araşdırma aparılır.(apa)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler