Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qetl sehneleri kesilen Azerbaycan filmleri -MARAQLI

18 Ağustos 2016

2:16 pm


18/08/2016 [18:12]: xeber –
Azərbaycan filmləri arasında vacib səhnələri kəsilən filmlər çoxdur. sayt təqdim edəcəyi yazıda iki filmimizdə ixtisar edilən qətl səhnələri barədə məlumat verəcək:1969-c ildə yazıçı İsmayıl Şıxlının eyniadlı romanının motivləri əsasında lentə alınan “Dəli Kür” filmində  keçən əsrin əvvəllərində Azərbaycanın qabaqcıl ziyalılarının formalaşmasından, ilk mütərəqqi pedaqoqların fəaliyyətindən, ziyalıların Zaqafqaziya xalqlarına göstərdikləri köməkdən və insanlarda azadlıq şüurunun formalaşmasından söhbət gedir. Filmin rejissoru Hüseyn Seyidzadə, assisenti Əbdül Mahmudbəyov, bəstəkarı Cahangir Cahangirov, redaktoru isə İsa Hüseynov olub.Film bu gün də sevilir, çox təəssüf ki, nə rejissor, nə aktyorlar, nə də filmin texniki heyəti ümumi nəticə kimi filmdən razı qalıblar. Doğrudur, usta aktyor oyunu, Cahangirovun sarsıdıcı musiqiləri, premyerada rusları valeh edən Novruz səhnələri nə qədər uğurlu detallar olsa da, sonda filmə vurulan zərbə onun təsirini az qala yarıbayarı azaldıb. Filmin sonunda Cahandar ağa torpağını mənimsəmək istəyən kazaklarla mübarizə aparır. Ssenariyə əsasən, kazaklardan biri axırda Cahandar ağanı arxadan güllə ilə vurur. Lakin film ilkin baxışa gedərkən məhz bu epizod səbəbindən qəbul olunmayıb. Filmin ikinci rejissoru olan Əbdül Mahmudov filmin “axtalanması”  haqda bu faktları səsləndirib:“O vaxtkı senzura həmin epizodun filmdən çıxarılmasını tələb etdi. Bu mənada filmin əsas məğzini yaradan səbəblərdən biri də Azərbaycana məxsus ərazilərin məhz silahlı təcavüz yolu ilə işğal olunmasını göstərmək idi. Bu da filmdə öz əksini tapmışdı. O vaxt Zaqafqaziyada bu işə rəhbərlik edənlər içərisində kazakların adı çəkilsə də, əslində elə ruslar idi. SSRİ Kinematoqrafiya Komitəsində Zusiva soyadlı bir xanım vardı. Həmin epizodun çıxarılmasında əsasən onun rolu böyük oldu.O, bildirdi ki, “yoldaşlar, nə edirsizsə edin, gedin özünüz-özünüzü öldürün. Qətiyyən icazə verə bilmərik ki, kazaklar, rus əsgərləri azərbaycanlılara güllə atsın və işğalçı kimi qələmə verilsinlər.Cahandar ağanın ölüm səhnəsi belə cılızlaşdırıldı. Guya, Cahandarı onun mal-dövlətini talayan öz həmyerliləri güllələyib. Kinostudiyanın müdiri Adil İsgəndərov o vaxt buna qarşı nə qədər mübarizə apardı. Belə olan təqdirdə filmin bağlanma təhlükəsi meydana çıxdı. Əslində Cahandar ağa kazak başçısını qamçıladıqdan sonra kazaklarla vuruş başlayır və kazaklar onu arxadan güllələyir. Lakin sovet kinotənqidçiləri bunu qəbul etməyərək bildirdilər ki, necə olursa olsun, bir azərbaycanlı rusu döyə bilməz, rus da azərbaycanlını öldürə bilməz. Buna görə də rejissor məcburən həmin səhnəni kəsdi, sonda Allahyar Cahandarı öldürdü, çox gözəl çəkilən filmin sonluğu bərbad hala gətirildi. Kazak başçısını oynayan məşhur aktyorumuz Yusif Vəliyevin adı titrlərdə olsa da, kinoda onun obrazını görə bilmirik”.Filmdə bir kəsilmə də rus qonaq Çernyayaevski ilə bir uşağın yumurta döyüşdürmə səhnəsi ilə bağlıdır. Amma bunu “yuxarıdan” deyil, filmin öz yaradıcı heyəti lazım bilməyib:“Orda balaca uşaqla Çernyayevskinin dialoqu olan səhnədə uşaq deməli idi ki, “çünki bizdə papağı olmayan kişilərə pis baxırlar”. Gördük ki, bu, bir az “ağ” oldu. Məlum olduğu kimi söhbət Çernyayevskidən gedirdi, hansı ki, Azərbaycana maarifləndirmə, xoş niyyətlə gəlmişdi. Elə buna görə də mətn dəyişdirilərək, uşaq “papaq pay qoymaq üçündür” dedi.“Axırıncı aşırım”  filmi də bu gün az qala çox sözlərini əzbər bildiyimiz bir filmdir. Amma bu film də senzuranın tələsindən xilas ola bilməyib.Məsələ bundadır ki, filmin  ilk orijinal versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürür. Kərbəlayı İsmayıl bunu ona görə edir ki, Qəmlo onun sözündən çıxır və Kərbəlayının dostu olan Abbasqulu bəy Şadlinskini öldürür. Yuxarı dairələrdə kinotənqidçilər tərəfindən sözügedən səhnə elə də yaxşı qarşılanmır. Səbəb kimi isə rejissorun Kərbəlayı İsmayılı sonda qəhrəman obraz kimi göstərməsi olur. Bundan sonra rejissor Kamil Rüstəmbəyov məcbur qalıb  filmdə dəyişiklik edir. Yeni versiyada Qəmlonu Kərbəlayı İsmayıl yox, Xudayarın qardaşı öldürür. Məhz bu versiya ilə film ictimaiyyətə təqdim olunur. Edilən montaja baxmayaraq, Qəmlonun ölüm səhnəsindən sonra Kərbəlayı İsmayılın adamlarından birinin dilindən “Kərbəlayı Qəmlonu gəbərtdi” ifadəsini eşitmək olar. Rejissor tərəfindən kəsilməyən bu səhnə sübut edir ki, filmin ilkin versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürüb.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler