Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Qerbden demokratiya ve Qarabağ desteyi ala bilmek real deyilse…”

10 Ağustos 2016

5:44 am


10/08/2016 [09:40]: xeber –
Bu həftənin sözsüz ki, ən əhəmiyyətli iki hadisəsi baş verib. İlk öncə Bakıda Azərbaycan-Rusiya-İran arasında prezidentlər səviyyəsində iqtisadi cəhətdən çox böyük əhəmiyyət daşıyan layihənin gerçəkləşməsi ilə bağlı görüşün baş tutması regionda yeni münasibətlərin formalaşmasına imkan yaradıb. Bu iqtisadi faydalılıqdan başqa, həm də regional təhlükəsizlik və sabitlik baxımından Azərbaycan üçün uğurlu bir diplomatik hadisə sayıla bilər. Burada hansısa ölkələrə yaxınlaşmaqdan söhbət getmir, ən zəruri problemlərinin həllində Qərbdən lazımi və real dəstək ala bilməyən Azərbaycan, bu cür formatlarda əsas aktor kimi iştirak etməklə Rusiya və İranın Ermənistana qarşı hədsiz tərəfkeşlik siyasətində bizim xeyrimizə müəyyən dəyişikliklər yaratmaq imkanı qazanır. Necə olsa, bu iki güclü dövlət üçün tranzit ölkə olaraq əhəmiyyətinin artmasının avantajını Azərbaycan doğru yöndə istifadə etməyə çalışacaqdır. Digər mühüm hadisə isə Türkiyə prezidenti Ərdoğanla Rusiya prezidenti Putinin görüşü sayıla bilər. Bu görüş qardaş Türkiyənin ən ağrılı probleminin çözülməsınə və iqtisadi sıxıntılarının azalmasına səbəb olmaqla yanaşı, Azərbaycanın hər iki dövlətlə münasibətlərinin gərginlik fazasından çıxmasına da gətirib çıxaracaqdır. Çünki Türkiyə-Rusiya münasibətlərinin düşmənçilik səviyyəsində olmasının ən ciddi sıxıntısını Azərbaycan çəkirdi. Ərdoğan-Putin görüşündə Türkiyə-Azərbaycan-Rusiya formatından bəhs edilməsi də bizim strateji maraqlarımıza uyğun şərtlər ortaya çıxara bilər. Belə anlaşılır ki, Rusiya Azərbaycanla bağlı bütün iqtisadi modellərə isti yanaşır, bizə isə bu ərəfədə bu cür yanaşma təhlükəsizlik baxımından faydalıdır. Hələ ki, Qərbdən demokratiya və Qarabağ dəstəyi ala bilmək real deyilsə, ən azı Rusiyadan bu qarışıq dövrdə zərbə almamaq siyasətinə üstünlük verməmiz daha praqmatik seçim sayılmalıdır. Əgər bunu ABŞ-ın ən qocaman müttəfiqi və önəmli NATO ölkəsi olan Türkiyə də etməyi məqbul sayırsa, o zaman Azərbaycan niyə bu istiqamətdə konkret addımlar atmaqdan yayınmalıdır? Maraqlıdır ki, Türkiyə dövlət çevrilişi təhlükəsini ABŞ və NATO-dan gözləyirsə, təhlükəsizliyi isə Rusiyada axtarırsa, demək ki, dünya siyasətində yeni oyun qaydaları qüvvəyə minməkdədir və Azərbaycan olaraq da biz də yeni qaydaları öyrənmək məcburiyyətindəyik.Fazil Mustafa, millət vəkili


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler