Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qenire Paşayevadan mühüm Türkiye mesajı…

27 Temmuz 2016

2:32 pm


27/07/2016 [18:30]: xeber –
BBC televiziyasının Türkiyədəki dövlət çevrilişinə cəhdlə bağlı işlətdiyi skandal ifadələr insanı şok edir. Bu, bir daha Türkiyənin necə böyük bir fəlakətdən qurtulduğunu göstərir. sayt xəbər verir ki, bu haqda millət vəkili Qənirə Paşayeva yazıb. O, hələ də Türkiyəni hədəf alanların əsas məqsədini anlamayanlara təəssüf hissi ilə səslənib: “Bəzi türk kökənli insanlar bilməlidirlər ki, çevrilişə cəhddə əsl məqsəd Türkiyəni parçalamaq və bölgə üzərindən istədikləri oyunları oynaqmaqdır. Ərdoğanın hədəf alınmasının əsas səbəbi də məhz budur. Bu qədər çirkli bir oyunun arxasında Qərbdən bir çox güclərin dayandığını görməmək sadəcə, korluq olardı. Milliyyətçisindən tutmuş dinardarına qədər bütün türk insanları Türkiyənin yanında olmalıdır. Çünki hazırda Qərbdə Türkiyədə dövlət çevrilişinə cəhdi fərqli istiqamətlərə yozaraq müdafiə edənlərin sayı artır. Türkiyənin zəifləməsi bütün türk-müsəlman coğrafiyasının zəifləməsi demək olardı. Türkiyəni düşməni bizim də düşmənimizdir. Unutmamlıyıq ki, qardaş ölkənin güclənməsini istəməyənlər Azərbaycanın da güclənməsini istəmirlər. Bundan 6-7 ay öncə Türkiyədə keçirdiyim mətbuat konfranslarında yeni bir Çanaqqala, İstiqlal mübarizəsindən keçdiyimizi söyləmişdim. Bu gün o gündür”. Qeyd edək ki, iyulun 15-də qardaş Türkiyədə bir qrup hərbçi tərəfindən dövlət çevrilişinə cəhd edilsə də, bunun qarşısı alınıb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler