Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qenire Paşayevadan Bakıda Nuri Paşaya abide qoyulması ile bağlı növbeti teklif

30 Eylül 2016

7:16 pm


30/09/2016 [23:12]: xeber –
sayt xəbər verir ki, parlamentin payız sessiyasının bu günki ilk iclasında millət vəkili Qənirə Paşayeva Milli Məclisdə Bakıda Nuri Paşaya abidə qoyulması təklifi ilə çıxış edib.Milli Məclisdə çıxışı zamanı millət vəkili Q. Paşayeva 2 gün əvvəl İstanbulda Nuri Paşanın qəbirüstü abidəsinin açılışının yüksək səviyyədə keçməsi ilə bağlı məlumat verib. Tədbirdə iştirak etdiyini deyən millət vəkili Q. Paşayeva qəbirüstü abidədə Azərbaycan və Türkiyə bayraqlarının bərabər dalğalanmasının böyük önəmini xüsusi vurğulayıb. Nuri Paşanın rəhbərliyi altında Qafqaz Türk İslam ordusunun Azərbaycana dəstəyə gəlməsinin, Bakının erməni daşnakların və havadarlarının törətdiyi dəhşətli cinayətlərdən xilas olmasının 100 illiyinin yaxınlaşdığını deyən millət vəkili Q. Paşayeva bildirib ki, bu münasibətlə Bakıda Nuri Paşaya abidənin, heykəlin qoyulması çox önəmlidir. Həmkarı Fazil Mustafanın Milli Məclisdə bu istiqamətdə səsləndirdiyi təklifləri də dəstəklədiyini deyən millət vəkili Q. Paşayeva bu məsələnin öz həllini tapacağına inandığını deyib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler