Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qenire Paşayeva xestexanada jurnalisti ziyaret etdi -Foto

09 Kasım 2016

7:32 pm


09/11/2016 [23:28]: xeber –
Millət vəkili Qənirə Paşayeva jurnalist Zabil Müqabiloğlunu xəstəxanada ziyarət edib. Bu barədə məlumatı jurnalist Jalə Mütəllimova özünün Feysbuk səhifəsində yayıb. sayt J.Mütəllimovanın statusunu təqdim edir: “Qənirə Paşayeva ilə Zabilə baş çəkdik. Sabah səhər birinci əməliyyata girəcək. İnşallah ki, nəticə yaxşı olar. Dualarınızı əsirgəməyin. Millət vəkili yox, həmkar Qənirəyə əməliyyatın sürətləndirilməsi işinə görə çox sağ ol deyirəm…” Qənirə Paşayeva deyib ki, Səhiyyə Nazirliyinin və Tibb Universiteti rəhbərliyinin təşəbbüsü ilə jurnalist üzərində çətin əməliyyat ən yaxşı həkimlərə həvalə olunub və təmənnasız aparılacaq. Qeyd edək ki, Z.Müqabiloğlu noyabrın 7-də səhər saatlarında kəskin daxili qanaxma ilə 1 saylı Kliniki Xəstəxanaya çatdırılıb. Onun qaraciyərinin fəaliyyətində problem yarandığı üçün qida borusunda damar partladığı məlum olub. İlkin diaqnoz müəyyən edilərkən onun qaraciyərinin sıradan çıxdığı və dəyişdilməli olduğu bildirilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler