Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qenire Paşayeva ve TUSİAB Tovuzda ön cebhe sakinleri ile görüşdü – Fotolar

04 Temmuz 2016

6:40 am


04/07/2016 [10:36]: xeber –
TUSİAB rəsmiləri qarşıdan gələn Ramazan Bayramı münasibəti ilə millət vəkili Qənirə Paşayeva ilə birlikdə Ermənistanla ön cəbhə rayonlarından olan Tovuzda, Əlibəyli kəndində sakinlərlə görüşüblər. Millət vəkili Qənirə Paşayeva, TUSİAB –ın sədri Celil Polat və təşkilat rəsmiləri Tovuz rayonunun ön cəbhədə yerləşən Əlibəyli kəndində müəllimlərlə, şagirdlərlə və sakinlərlə görüş zamanı Ramazanın bir yardımlaşma, paylaşma, dəstək ayı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyib, qayğı və problemləri ilə maraqlanıblar. Ramazan Bayramı münasibətilə ön cəbhədə yerləşən Əlibəyli kəndində sakinləri öz hədiyyələri ilə təbrik edən TUSİAB-a və onun rəhbərliyinə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva bu cür dəstəklərin, ozəlliklə cəbhə bölgələrinə edilməsinin çox önəmli olduğunu bildirdi. Ön cəbhədə yaşayan ziyalıların,insanlarımızın fədakarlıqlarından,vətən və torpaq sevgisindən danışan millət vəkili Qənirə Paşayeva dövlətimizin daim ön cəbhə kəndlərini xüsusi diqqətdə saxladığını və qayğı göstərdiyini deyərək burada yaşayan insanların Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan işğalçılıq siyasəti zamanı da bu kəndlərin daim qəhrəmanlıqla düşmənə qarşı mübarizəsini hər yerdə yaşayan gənc nəsillərə daha yaxşı öyrədilməsinin vacibliyini vurğulayıb. Q.Paşayeva sakinlərin fikir və qayğılarını da dinləyib və fikir mübadiləsi aparılıb. Deputat müəllim və şagirdlərlə də görüşüb və onlarla söhbət edib. Q.Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənmılidirlər. Q.Paşayeva bütün müəllimlərə və yaxşı oxuyan şagirdlərə kitab hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu sayda kitablar və məktəbə özünün hədiyyələrini də təqdim edib. TUSİABa bu cür məsələlərdə həssasiyyət göstərməsinə görə təşəkkür edən millət vəkili Qənirə Paşayeva onları da qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edib. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi bir millət iki dövlətin mənsublarıyıq deyən TUSİAB sədri Celil Polat ön cəbhədə Əlibəylidə yaşayan bütün sakinləri təbrik edib və onlara ən gözəl arzularına çatmasını diləyib və onlarla görüşməkdən böyük məmnuniyyət duyduğunu deyib. Azərbaycan-Türkiyə qardaşlığı barədə danışan Celil Polat onlara TUSİAB adından qarşıdan gələn bayramla bağlı hədiyyələri də təqdim edib. Millət vəkili Qənirə Paşayeva və TUSİAB rəsmiləri kənddə bir sıra maddi imkanları zəif ailələrlə də görüşüblər və onların da qarşıdan gələn bayramlarını təbrik ediblər.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler