Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qenire Paşayeva ve TUSİAB resmileri maddi imkanları zeif ailelerle görüşüb- FOTO

07 Temmuz 2016

8:16 am


07/07/2016 [12:12]: xeber –
Millət vəkili Q.Paşayeva və TUSİAB Qovlar şəhərində Ramazan bayramı münasibəti ilə bağlı sakinlərlə görüşüb bayramlarını təbrik ediblər. TUSİAB rəsmiləri qarşıdan gələn Ramazan Bayramı münasibətilə millət vəkili Qənirə Paşayeva ilə birlikdə Qovlar şəhərində müəllimlər və sakinlərlə görüşüblər. Millət vəkili Qənirə Paşayeva, TUSİAB –ın sədri Celil Polat, təşkilatın sədr müavini, baş katibi və idarə heyəti üzvlərinin iştirakı ilə müəllimlərlə və məktəb kollektivi ilə görüş zamanı Ramazanın bir mənəvi təmizlənmə, yardımlaşma ayı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyiblər. Ramazan Bayramı münasibətilə Qovlarda müəllim və sakinləri öz hədiyyələri ilə təbrik edən TUSİAB-a və onun rəhbərliyinə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva bu cür görüşlərin çox önəmli olduğunu bildirdi. Deputat gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayaraq bildirib ki, gənc müəllimlər belə müəllimlərimizdən örnək götürməlidir. Müəllimlərlə görüş zamanı Q.Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bu ilin göstəricilərinin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib. Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə – narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir, ona görə ailələrlə bərabər bu məsələdə məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür dedi. Q.Paşayeva müəllimlərə bir sıra maraqlı kitablar da hədiyyə edib. Biz ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi bir millət iki dövlətin mənsublarıyıq deyən TUSİAB sədri Celil Polat və təşkilat rəsmiləri bütün müəllimləri təbrik edib və onlara ən gözəl arzularına çatmasını diləyib və onlarla görüşməkdən böyük məmuniyyət duyduğunu deyib. Azərbaycan-Türkiyə qardaşlığı barədə danışan Celil Polat və təşkilat rəsmiləri müəllimlərə TUSİAB adından qarşıdan gələn bayramla bağlı hədiyyələri də təqdim edib. Millət vəkili Qənirə Paşayeva və TUSİAB rəsmiləri Qovlar şəhərində bir sıra maddi imkanları zəif ailələrlə də görüşüblər və onların da qarşıdan gələn bayramlarını təbrik ediblər.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler