Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qenire Paşayeva “Türk Dünyasında İlin Millet Vekili” mükafatına layiq görüldü

03 Eylül 2016

4:20 pm


03/09/2016 [20:16]: xeber –
“Avrasya Sanat Kültür Edebiyat ve Bilim Federasyonu (ASKEF) 2016-ci ildə “Türk Dünyasında İlin Millət Vəkili” ödülünə millət vəkili Qənirə Paşayevanı layiq görüb. Antalyada keçirilən tədbirdə millət vəkilinə mükafatı Avrasya Sanat Kültür Edebiyat ve Bilim Federasyonu (ASKEF) başkanı Savaş Ünal və CHP Antalya Millət vəkili Niyazi Nefi Kara təqdim ediblər. Avrasya Sanat Kültür Edebiyat ve Bilim Federasyonu (ASKEF) başkanı Savaş Ünal bildirib ki, millət vəkili Qənirə Paşayeva hər zaman özünün fəaliyyətində, beynəlxalq arenalardakı çıxışlarında, yazılarında dünyanın müxtəlif bölgələrində haqları tapdalanan türklərin haqlarının müdafiəsi istiqamətində çalışır, onların problemlərini beynəlxalq tribunalardan səsləndirir, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı və eyni zamanda, Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan bölgələrindən köçkün düşmüş köçkünlərin haqlarının müdafiəsi istiqamətində də hər zaman yorulmadan çalışır və Avrasya Sanat Kültür Edebiyat ve Bilim Federasyonu (ASKEF) Türk dünyasında ilin ən uğurlu millət vəkili mükafatının ona verilməsi qərarını qəbul edib. Türkiyənin bir sıra rəsmi şəxsləri, aydınları, şair, yazarları, KİV nümayəndələri, Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş çoxlu sayda şair, yazar, aydının iştirakı ilə keçən tədbir çərçivəsində belə bir mükafatın ona təqdim olunmasını Azərbaycana olan diqqət və sevginin göstəricisi olduğunu söyləyən Q. Paşayeva bütün təşkilatçılara, “Avrasya Sanat Kültür Edebiyat ve Bilim Federasyonu (ASKEF)”na öz təşəkkürünü bildirib. Çıxışıma 15 Temmuz şəhidlərimiz, Türkiyə və Azərbaycanın torpaq bütünlüyü, təhlükəsizliyi üçün şəhid olan insanlarımız, Türkiyədə terörla mübarizədə şəhid olan qardaşlarımız qarşısında baş əyərək başlamaq istəyirəm deyən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İb-nin sədri Qənirə Paşayeva mərasimdə çıxışı zamanı deyib ki, bu mükafatı gözəl ölkəm Azərbaycan, gözəl millətimiz, şəhidlərimiz və Türk dünyası üçün çalışan bütün insanlar adına alıram. Mərasimdə çıxış edən millət vəkili mükafatın onun üçün çox böyük dəyər daşıdığını söyləyib və bildirib ki, o bu mükafatı özünün Türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə Türk gəncliyinə böyük örnək olan, yol göstərən Türk dünyasının böyük dövlət adamlarını, liderlərini, aydınlarını rəhmət və sayğı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alır. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib:”Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün Türk, Müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada Bayırbucakda, İraqda Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”- deyib. Qənirə Paşayeva “topluma örnək olaraq, bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq” deyib:”Bunun üçün isə ilk növbədə biz bir-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bugünümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq”. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva bu gün Azərbaycan-Türkiyə arasındakı münasibətlərin dünyada analoqu olmayan səviyyədə olduğunu və bu cür əməkdaşlıqdan hər iki dövlətimizin gücləndiyini deyib.Çıxışında Azərbaycanın ən böyük problemi olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, ermənilərin törətdiyi vandalizm aktlarından danışan Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır: “Qarabağ probleminin həlli harada doğulub, harada yaşamasından asılı olmayaraq, bütün türklərin əsas məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah, gələn dəfə birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə görüşərik”.Avrasya Sanat Kültür Edebiyat ve Bilim Federasyonu (ASKEF) başkanı Savaş Ünal da çıxışında millət vəkili Q. Paşayevanın Türk dünyası ilə bağlı məsələlərdə həssaslığı və gördüyü işlərlə bağlı danışaraq gənc nəsillərimizin belə bir ruhda yetişməsi üçün daha da çox çalışmalıyıq deyib və və rəhbərlik etdiyi Federasiya adından təşəkkürünü bildirib. Çıxışının sonunda millət vəkili Q.Paşayeva Türkiyəyə, Azərbaycana və bütün Türk dünyasına ithaf etdiyi şeiri də oxuyub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler