Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qenire Paşayeva Turan Qurultayında Qarabağla bağlı çağırış edib – Fotolar

15 Ağustos 2016

3:12 pm


15/08/2016 [19:09]: xeber –
Macarıstanda keçirilən Turan Qurultayının  açılışında çıxış edən millət vəkili Q. Paşayeva ilk öncə qardaş Macar xalqını və Türk dövlətlərinivə  Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş ictimai-siyasi  xadimlər, alimlər, ziyalılar, QHT və KİV rəhbərləri, mədəniyyət xadimlərini Azərbaycandakı qardaş-bacılarınız adından salamlayıram deyib. Buğaç bölgəsində belə bir tədbirin önəmindən danışan millət vəkili Qənirə Paşayeva  Dədə Qorqud dastanını və ortaq tarixiimizi xatırladıb və çağırış səsləndirərək topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Millət vəkili Qənirə Paşayeva güc birlikdədir, bərabərliyimizi gücləndirsək gücümüz daha da artacaq və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı da daha güclü mübarizə apara bilərik deyib və bildirib ki qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar. Millət vəkili Qənirə Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından da danışıb: “inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil”. deyərək bitirib. Tədbirin sonunda millət vəkili Q.Paşayeva Turan Qurultayının təşkilatçısı Macar Turan Vəqfinin rəhbəri Andraş Biroya  bu cür önəmli tədbiri təşkil etdiyi üçün Azərbaycan nümayəndə heyəti adından təşəkkür edib, Azərbaycanın qardaş Macarıstanla əməkdaşlığa verdiyi böyük önəmi, münasibətlərimizin inkişafını vurğulayaraq ona Azərbaycan nümayəndə heyəti adından Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı hədiyyələri təqdim edib və “var olsun bütün Türk dövlətləri, xalqları və Turan!Allah birliyimizi, bərabərliyimizi daha da gücləndirsin. Dostlarımız sevinsin, düşmənlərimiz məhv olsun” –deyərək çıxışını bitirib. Açılışın sonunda Azərbaycan sənətçiləri, əməkdar artist Nuriyyə Hüseynova və Şəmistan Əlizamanlının ifaları alqışlarla qarşılanıb.  


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler