Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qenire Paşayeva Strasburqda Türkiyedeki terröru pisledi…

10 Ekim 2016

3:08 pm


10/10/2016 [19:05]: xeber –
Bu gün Strasburqda AŞPA-da Liberal Qrupda çıxışım zamanı Türkiyədə 1 gün əvvəl baş vermiş və 18 insanın ölümünə, çoxlu sayda insanın yaralanmasına səbəb olan terrör hadisəsindən danışıb və Lideral Qrupu, AŞPA-nı bu teröru kəskin pisləməyə və terrörla mübarizədə Türkiyəyə daha çox dəstək verməyə çağırdım: ”Tez-tez Türkiyədə müxtəlif konfrans və tədbirlərdə olan biri kimi bildirmək istəyirəm ki, Avropa terrorla mübarizə məsələsində Türkiyəyə kifayət qədər dəstək vermir. Bu mövzuda ikili standartlara yol verilməməlidir.  AŞPA-ya üzv ölkələr terrorla mübarizə aparan üzv ölkə-Türkiyəyə bu haqlı mübarizəsində daha çox dəstək verməlidir. Türkiyənin müxtəlif bölgələrində bir çox şəhid ailələri, terör qurbanlarının yaxınları ilə görüşlər əsnasında terror qurbanlarının yaxınlarının AŞPA da daxil olmaqla, bir çox Avropa qurumlarına qarşı inamlarının itməsinin şahidi olmuşam. O insanlar Avropanın Türkiyəyə  terörla  mübarizədə dəstək vermədiyini düşünürlər.  Ona görə də Liberal Qrupun və  AŞPA-nın  buradan “Terrora qarşı hər zaman Türkiyənin yanındayıq” mesajını verməsi zəruridir. Bu məsələdə ikili standartlara yer olmamalıdır. Biz harada baş verməsindən asılı olmayaraq teröra qarşı birgə mübarizə aparmalıyıq. və Türkiyənin terrorla mübarizəsinə daha böyük dəstək verməliyik. Türkiyənin ağır  savaş və faciələrin yaşandığı iki ölkə Suriya və İraqla qonşu, bu günə qədər bu ölkərlərdən  3 milyondan artıq köçkün qəbul edən bir ölkə olduğunu və o bölgələrdə terör təşkilatları ilə sərt mübarizə apardığını,  Avropa sərhədlərində köçkünlər probleminin əsas hissəsini üzərinə götürdüyünü və terör təşkilatlarına qarşı ciddi mübarizə apardığını diqqətə alaraq  AŞPA, Liberal Qrup  Türkiyəyə daha böyük dəstək göstərməlidir. Çıxışa reaksiya verən Liberallar qrupun rəhbəri Jordi Xucla Türkiyədə 1 gün əvvəl baş verən teröru aktını kəskin pislədiyini açıqladı və harada baş verməsindən asılı olmayaraq hər zaman teröru pisləyirik dedi.Qənirə Paşayeva, millət vəkili


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler